Qoç - bu enerjini quruculuğa, yaşam irerarxiyasında irəliləməyə yönəldin. Uğurlar əhvalınızı yaxşılaşdıracaq, kefinizi kökəldəcək.
Buğa - mövcud problemləri təmkin və soyuqqanlılıqla təhlil edin. Hövsələsizlik etməsəniz, problemlərin həll yollarını tapa bilərsiniz.
Əkizlər - səhhətinizə fikir verin. Xroniki ağrılardan birinin kəskinləşməsi mümkündür. Yağlı yeməkdən imtina edin, yüngül qidalanın.
Xərçəng - ünsiyyət və yeni əlaqələr üçün əlverişli gündür. Yaxın ətrafınızdakı insanlarla dil tapmaqla yanaşı, onların yardımı və dəstəyini ala biləcəksiniz.
Şir - birgə layihələrə başlamaq olar. Məhsuldar əməkdaşlıq yeni əlaqənin əsasını qoya bilər. Qarşınıza yeni məqsədlər qoyun, planlar hazırlayın, prioritetləri müəyyənləşdirin. Bu günün hadisələri ən yaxşı nəticələrə nail olmaq üçün hansı istiqamətə daha çox qüvvə sərf etməyi deyəcək.
Qız - dəvət olunan yerə yollanmaq üçün yaxşı gündür. Aktiv olun, başlanan işləri başa vurun. Yeni tanışların və əvvəllər sizə rəğbət bəsləməyən insanların xoş münsibəti ilə qarşılaşa bilərsiniz.
Tərəzi - yeni tanışlıqlar, romantik ünsiyyətlər istisna deyil. Sənədlərlə çalışanda detallara fikir verin. Səhvlər sonradan ağır nəticələr verə bilər. Günün ikinci yarısı yarımçıq qalmış işin başa vurulması vaxtıdır.
Əqrəb - uğurlu və bol şanslar vəd edən gündür. Başladığınız işləri tezliklə bitirə bilərsiniz. Yeni, hətta çox mürəkkəb işlərə başlayın. Uğursuzluq və problemlər ehtimalı azdır.
Oxatan - mühüm sənədlər imzalamaq, önəmli sövdələşmələrə başlamaq olar. Yaxın ətrafınızdakı insanlarla asanlıqla dil tapacaqsınız. Mürəkkəb və xoşagəlməz məsələlərin müzakirəsində təmkinli olun ki, kimsəni incitməyəsiniz.
Oğlaq - xoş xəbər, qəfil təklif istisna deyil. Səhhətinizə və qida rasionunuza fikir verin. Dürüst qidalanın. Ev işləri yorğunluq gətirməyəcək.
Dolça - ehtiyatlı və sayıq olun. Problem və çətinliklər istisna deyil. Hər xırda problemi ürəyinizə salmayın. İşlər rəvan deyilsə, problemin həlli yolunu arayın. Təmkinli, soyuqqanlı olun.
Balıqlar - münaqişələrdən yan qaçmayın. Problemlər yaranarsa, səbəbkarlar yaxın ətrafınızdakı insanlardır. Qarışıq, laübəli gündür. Nə isə itir, kimsə gecikir, əvvəl əldə edilmiş razılaşmalar pozulur. Yaşananlara sakit yanaşın, nikbin olun.