Qoç - Lisiteya və Himaliyanın münasibətləri bu gün öz oyun qaydalarını diqtə edəcək. Yaranan imkanları əldən verməyin. Son günlər sizi qayğılandıran və fikirlərinizi məşğul edən məqamın çözülmə vaxtıdır.
Buğa - problemlərinizi müstəqil həll edin, fiziki işlə daha çox məşğul olun. Axşam saatları şəxsi həyat və işlə bağlı görüşlər, yazışmalar üçün əlverişlidir. Uzaqdakı tanışla müzakirələr effektiv alına bilər.
Əkizlər - hərə yalnız özünü eşidəcək, yalnız öz hədəf və məqsədlərinin təminatına can atacaq. İstənilən məhdudiyyət, təzyiq sizi təbdən çıxara bilər.
Xərçəng - Fobos və Pasifenin münasibətləri əvvəlki günlərin ağırlığını indiyə daşıyacaq. Hər şey plan üzrə getsə də, sayıq davranın. Günün ilk yarısı sərvaxt olun. Hadisələri tələsdirməyin, yaxın ətrafınızdakı insanlara sözlərini deməyə, təşəbbüslə çıxış etməyə imkan verin.
Şir - gərginliyi azaltmaq üçün rutin, cari işlərlə məşğul olun, fiziki yukdən qorxmayın. Gərgin situasiyalarda ciddi ağırlaşma olacaq. Neytral variantlarda isə hər şey sakit cərəyan edəcək.
Qız - maraqlandığınız məsələnin təfərrüatına varmağa çalışmayın. Tələsməyin, bir neçə gün sonra hər şey əyan olacaq. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün bütün məntiqli vasitələrdən yararlanın.
Tərəzi - tələsməyərək, aramla çalışsanız və üstünlüklərinizi aşkarlamağa çalışsanız, hər şeydən yararlana bilərsiniz. Münasibətlər, xüsusilə də onların mübhəm məqamları, nəzarət və təsirinizdən kənarda qalan ünsürlər diqqət mərkəzinizdə olmalıdır.
Əqrəb - İo və Kallistonun münasibətləri bu günün hadisələrini xaotik və sürətli edəcək. Təsadüfün müdaxilə etməsini istəmədiyiniz tədbiri sabaha saxlayın. Bununla belə, özü hərəkət edə biləcək olaylara sədd yaratmayın.
Oxatan - yaşanan hadisələrdə gələcək olayların zəminini arayın. Axşam saatlarında sizi internetdə macəra gözləyir.
Oğlaq - qonaq getmək, gəzintiyə çıxmaq olar. Görüş faydalı, həm də maraqlı olacaq. Yeniliklərdən çəkinmirsinizsə, məqsədlər və fəaliyyət istiqamətini yeniləməyə imkan verə biləcək təkliflər alına bilər.
Dolça - Yupiter və Erilanın münasibətləri səhər saatlarında işlərin çoxunu görməyi, yaxınların istəklərinin yerinə yetirilməsini tələb edir. Gün ərzində gərginlik artacaq. Qəfil arzu və həllərə nəzarət edin. İstənilən mühüm qərardan əvvəl bir qədər gözləyin. İlk impulsdan sonra fikrinizi dəyişməyiniz istisna deyil.
Balıqlar - yeni mövzunun yaranması, fərqli araşdırmaya marağın oyanması istisna deyil. Səhər saatları və axşam vaxtı daha effektivdir.