Ekologiya və Təbii Sərvətlər Nazirliyi mayın 15-nə gözlənilən hava proqnozunu açıqlayıb.
Mynews.az nazirliyə istinadən xəbər verir ki, mayın 15-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Arabir yağış yağacağı gözlənilir. Axşam yarımadanın bəzi yerlərində intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Şərq küləyi axşam arabir güclənən mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 12-14° isti, gündüz 18-22° isti, Bakıda gecə 12-14° isti, gündüz 19-21° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 60-70 % təşkil edəcək.
Azərbaycanın rayonlarında da şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 10-15° isti, gündüz 19-24° isti, dağlarda gecə 3-8° isti, gündüz 9-14° isti olacağı gözlənilir.
1
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTO
974 dəfə oxunub
2
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
935 dəfə oxunub
3
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
927 dəfə oxunub
4
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
925 dəfə oxunub
5
Azərbaycanda alim vəfat etdi
906 dəfə oxunub