Ölkə ərazisində fevralın 4-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, gündüz arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun gecə 1° şaxtadan 2°-dək isti, gündüz 4-7° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 769 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 65-70 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 16-21° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi arabir güclənəcək.
Havanın temperaturunun gecə 6-11° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi arabir güclənəcək.
Havanın temperaturunun gecə 2-7° şaxta, gündüz 3-7° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 4-9° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti, dağlarda gecə 11-16° şaxta, gündüz 2-5° şaxta olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi arabir güclənəcək.
Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 0-3° şaxta, gündüz 4-7° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.