"Yeni sövdələşmələr üçün ideal vaxtdır" BÜRCLƏR

683
"Yeni sövdələşmələr üçün ideal vaxtdır" BÜRCLƏR

04 fevral 2017-ci il. Günün qoroskopu. 

QOÇ - Sakit bir təqvim yaşayacaqsınız. Ara-sıra fikir və düşüncələrinizdə təlatümlər baş qaldırsa da, bunu kənardan heç kim bilməyəcək. Əgər maddi imkanınız yol versə, səfərə çıxmaq olar.

BUĞA - Astroloji göstəricilər yalnız saat 12-yə qədərki vaxtı gərginlik içində başa vuracağınızı bildirir. Həmin zamanda maksimum ehtiyatlı olmalısınız. Qalan saatlarda isə çox şey ürəyinizcə olacaq. 

ƏKİZLƏR - İlk iş saatları passiv başlasa da, nahara yaxın nəzərdə tutduğunuz planların əksəriyyəti öz həllinə yaxınlaşmağa başlayacaq. Amma gərək hər şeydən əvvəl ünsiyyət qurduğunuz şəxslərin etibarını yoxlayasınız. 

XƏRÇƏNG - Səhhətinizi qoruya bilsəniz, gün ərzində heç bir çətinliklə rastlaşmayacaqsınız. Ulduzlar ailə-sevgi münasibətlərindəki soyuqluğu aradan qaldırmağınızı tövsiyə edir. Hissləri sındırmaqdan əl çəkin. 

ŞİR – Yaxşı olar ki, gün ərzində bütün diqqətinizi pulla bağlı məsələlərə yönəldəsiniz. Əgər reallığa uyğun addım atsanız, səmərəli nəticəni görəcəksiniz. Büdcənizlə bağlı irəliləyişlər də gözlənilir.

QIZ - Adi günlərdən birini yaşayacaqsınız. Hansısa qeyri-adi yenilik və ya uğursuzluq gözləməyin. Amma iqlim dəyişkənliyi daxili orqanlarınızda (ələlxüsus da böyrək və yoğun bağırsaqda) yüngül ağrılar yarada bilər. 

TƏRƏZİ – Saat 14-ə qədər əsəblərinizi cilovlaya bilsəniz, qalan saatlarda heç bir narahatçılığınız olmayacaq. Qarşınıza pulla bağlı çıxan problemlərin əksəriyyəti aktivliyinizdən asılı olaraq aradan qalxacaq.

ƏQRƏB - Ümumən gərgin gün olsa da, özünüzü cilovlamağı bacaracaqsınız. Əgər hansısa məsələdə tərəddüdünüz varsa, mütləq etibar etdiyiniz şəxslərin məsləhətlərindən yararlanın. Səfərə çıxmayın.

OXATAN - Bəxtinizə təzadlı bir gün düşüb. Hadisələrin gedişatı gah müsbət, gah da mənfi müstəvidə cərəyan edə bilər. Odur ki, ayıq-sayıqlığınızı artırmalı, prosesləri dərindən analiz etməli və məqamındaca addım atmalısınız.

OĞLAQ - Əsas diqqətinizi maliyyə problemlərinin həllinə yönəldin. Çünki indi - planetiniz olan Saturnun təsir gücünün artdığı bir vaxtda bunu bacarmasanız, qarşıda sizi uzunmüddətli kasıbçılıq gözləyə bilər. 

DOLÇA - Bəri başdan nəzərdə saxlayın ki, ixtiyarınızda olan bu gün bürcünüzün ən aktiv dövrünə çevriləcək. Hansısa uğursuzluq haqqında düşünməyə lüzum yoxdur. Əksinə, uğurların astanasına yetişəcəksiniz. 

BALIQLAR - İlk öncə bildirək ki, hazırda ciddi bir seçim qarşısındasınız. Tərəddüdləriniz çox olsa da, özünüzü ələ almalı, cəsarət göstərib seçiminizi etməlisiniz. Yeni sövdələşmələr üçün ideal vaxtdır.

Xəbər lenti