Daşın çəkisi asanlıqla qaldırılmayacaq qədər ağırdır.
İsmayıllı muzeyində saxlanan eksponatlardan biri də nadir tapıntılardan sayılan meteorit daşıdır.
Mynews.az ARB TV-yə istinadla xəbər verir ki, meteoritə 1982-ci ildə İsmayıllı sakinlərindən biri ev tikmək üçün Girdiman çayı ətrafında daş yığarkən rast gəlib. Daha sonra daşı muzeyə təhvil verib. Lakin hələ də bu daşın hansı tarixə aid olduğu məlum deyil.
Daş muzeyə gələnlərin diqqətini xüsusilə cəlb edir. Daşın tərkibi mütəxəssislər tərəfindən öyrənildikdən sonra heç bir təhlükəli vəziyyət yaratmadığına qərar verilib və meteorit olduğu təsdiqlənib. Daşın çəkisi asanlıqla qaldırılmayacaq qədər ağırdır. Digər daşlardan həm görünüşünə, həm də çəkisinə görə xeyli fərqlənir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub