İyunun 12-də Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti açıqlanıb. Mynews.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, sabah paytaxtda hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 18-21° isti, gündüz 25-30° isti, Bakıda gecə 18-20° isti, gündüz 28-30° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunundan 760 civə sütununadək yüksələcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 35-45 % təşkil edəcək.
Azərbaycanın rayonlarında isə bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 31-36° isti, dağlarda gecə 9-14° isti, gündüz 18-23° isti olacağı gözlənilir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub