Sabahın HAVA PROQNOZU

760
Sabahın HAVA PROQNOZU

Mynews.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin saytına istinadən xəbər verir ki,Bakıda və Abşeron yarımadasında avqustun 13-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.Zəif şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 22-25, gündüz 32-37, Bakıda gecə 23-25, gündüz 34-36 dərəcə isti olacağı gözlənilir.Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 45-50 faiz təşkil edəcək.Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Sahil, Şıxda 27-28 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında avqustun 13-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi ehtimal olunur. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 19-24, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.

Xəbər lenti