Avqustun 21-də tam Günəş tutulması baş verəcək.
Mynews.az Azərbaycan Milli Elmlər Akademiyasının rəsmi saytına istinadən xəbər verir ki, Günəş tacı əvvəlki tutulmalarla müqayisədə bir neçə dəfə böyük olacaq.
Tutulma müddəti 2 dəqiqə 40 saniyə (Bakı vaxtı ilə saat 19:47-də başlayacaq proses saat 22:26-da maksimumda olacaq, saat 01:04-də isə sona çatacaq), yer səthində Ayın kölgəsinin eni isə 115 kilometr təşkil edəcək.
Qismən Qərbi Avropa və Cənubi Amerikanı əhatə edəcək bu nadir təbiət hadisəsini yalnız ABŞ sakinləri müşahidə edə biləcəklər.
İlk dəfə olaraq ABŞ-ın bütün ştatlarını əhatə edəcək Günəş tutulmasına “Böyük Amerika tutulması” adı verilib. Tutulma zamanı Günəş aktivliyi dünyanın ən güclü teleskopu olan DKIST vasitəsi ilə izləniləcək.
Növbəti Günəş tutulmasının 2 sentyabr 2035-ci ildə baş verəcəyi ehtimal olunur.
Qeyd edək ki, bu il ilk Ay tutulması hadisəsi fevralın 11-də, Günəş tutulması isə fevralın 26-da baş verib.
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub