Sabah Yerə yaxınlaşacaq Florens asteroidi Bakı vaxtı ilə 16.06-da Yerlə ən yaxın məsafədə olacaq.
Mynews.az Trend-ə istinadən bildirir ki, bunu Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov bildirib.
Florensin Yerə yaxınlaşan ən böyük asteroid olduğunu deyən X.Mikayılov qeyd edib ki, sabah 16.06-da həmin asteroidlə Yer arasındakı məsafə 7 milyon km olacaq.
Bunun çox böyük məsafə olduğunu açıqlayan direktor müavini qeyd edib ki, Florens Yerə cənub-şərq istiqamətindən başlayaraq yaxınlaşacaq, cənub-qərb istiqamətindən isə uzaqlaşacaq:
"Asteroid üfiqdən 30 dərəcə hündürlükdən - təxminən ekvator müstəvisindən yuxarıdan keçəcək. Asteroid keçən zaman hava işıqlı olacağından biz onun Yerə yaxınlaşma anını adi gözlə müşahidə edə bilməyəcəyik. Amma sentybarın 1-də axşam onun Yerdən uzaqlaşmasını 10-15 sm-lik teleskoplarla müşahidə etmək olar".
X.Mikayılov Florens asteroidinin yaxınlaşmasının Yer üçün heç bir təhlükə yaratmadığını da söyləyib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub