Amerika Milli Kosmik Agentliyinin (NASA) yerətrafı potensial təhlükəli obyektləri sistematik müşahidələrə başladığı dövrdən bu yana ilk dəfə müşahidə etdiyi ən böyük asteroid Yer kürəsinə yaxınlaşır. Florens asteroidi bu gün, sentyabrın 1-də planetimizin minimal yaxınlığından - 7 milyon kilometr aralıdan keçir.
Mynews.az xəbər verir ki, Şamaxı Astrofizika Rəsədxanasını elmi işçisi Vaqif Xəlilov APA-ya bildirib ki, indiyə qədər Yerə bundan da çox yaxınlaşan asteroidlər olub. Amma onların hamısının ölçüsü kiçik idi. Florens isə NASA-nın müşahidə etdiyi ən böyük obyektdir. Onun diametri 5 kilometrə çatır. Hesablamalara görə, Florens sonuncu dəfə 1890-cı ildə Yerə yaxınlaşıb. Onun özünü isə 1981-ci ildə kəşf ediblər. Asteroid Yerə birbaşa təhlükə yaratmır. Amma bu yaxınlaşma təbii kataklizmlərə səbəb ola bilər.
Qeyd edək ki, Florens asteroidinin növbəti dəfə planetimizə 40 ildən sonra yaxınlaşacağı gözlənilir.
1
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTO
974 dəfə oxunub
2
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
935 dəfə oxunub
3
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
927 dəfə oxunub
4
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
925 dəfə oxunub
5
Azərbaycanda alim vəfat etdi
906 dəfə oxunub