Bu gün Günəşdə iki iri ləkə qrupunun birləşməsi nəticəsində son 12 il ərzində ən böyük partlayış baş verib.
Oxu.Az-ın RİA Novosti-yə istinadən xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyası nəzdində fəaliyyət göstərən Lebedev adına Fizika İnstitutu məlumat yayıb.
“Bu cür hadisələr çox nadir hallarda – Günəş aktivliyinin pik həddində baş verir. Lakin ən maraqlısı odur ki, hazırda Günəş aktivliyi minimum səviyyəsindədir. Alimlər bunun necə baş verdiyini dəqiq araşdırmalıdırlar”, – məlumatda deyilir.
Qeyd edək ki, Günəş partlayışları beş növə bölünür: A,B, C, M və X.
Bugünkü partlayış X növünə aid edilib – Günəş səthində indi qədər qeydə alınan ən böyük partlayışlardan biridir. Alimlərin sözlərinə görə, bu partlayışın Yerə təsiri çox güclü olacaq.
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub