İpoteka kreditlərini gecikmədən ödəyən müştərilər Xərçəng və Qız bürclərinin nümayəndələridir.
Mynews.az -ın Trend-ə istinadən məlumatına görə, bu qənaətə Rusiyanın “DeltaKredit” bankının mütəxəssisləri gəliblər.
Aparılan təhlillər nəticəsində məlum olub ki, Xərçəng bürcündən olan şəxslərin 96,66 faizi, Qız bürcündən olan şəxslərin isə 96,65 faizi ipoteka kreditlərini gecikdirməyib. Üçüncü yerdə 96,6 faiz göstərici ilə Əqrəb bürcündən olan nümayəndələr qərarlaşıb.
Ən aşağı göstərici isə 95,89 faizlə Oxatan bürcünün nümayəndələrinə məxsusdur.
Bundan başqa, ipoteka kreditlərini ən çox götürənlər arasında Xərçəng bürcünün nümayəndələri liderlik edir. Bankın müştərilərinin 9,14 faizi məhz bu bürcün nümayəndələridir.
Əqrəb bürcündən olan şəxslər isə 7,58 faizlə ən az ipoteka krediti götürən müştərilərdir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub