Gələn həftəsonu Azərbaycana payız fəsli daxil olacaq.
Mynews.az-ın məlumatına görə, AMEA Şamaxı Astrofizika Rəsədxanasının elmi katibi Orxan Xəlilov "Report"a açıqlamasında bildirib ki, payız fəslinin Azərbaycana gəlişi sentyabrın 23-ü Bakı vaxtı ilə saat 00:02-də olacaq: "Həmin gün gecə və gündüz bərabərliyi baş verəcək. Sentyabrın 23-dən başlayaraq gecələr uzanacaq, gündüzlər isə qısalacaq. Gecə və gündüz bərabərləşəcək. Buna payız bərabərliyi deyirlər. Günəş şimal yarımkürəsindən cənub yarımkürəsinə keçir. Bu tarixdən sonra cənub yarımkürəsində yay mövsümü başlayır".
Rəsədxana rəsmisinin sözlərinə görə, gecələrin uzanması dekabrın 21-nə kimi davam edəcək və həmin gün ən uzun gecə olacaq.
O əlavə edib ki, ölkəyə qış fəsli isə dekabrın 21-i Bakı vaxtı ilə saat 20.28-də gələcək.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub