Günün qoroskopu uğur özü qarşınıza gəlir

750
Günün qoroskopu uğur özü qarşınıza gəlir

Qoç - Günün birinci yarısı aldığınız xoşagəlməz xəbər sizi çaşdıracaq və səhv qərar qəbul etməyinizə səbəb olacaq. Ağlınızı başınıza yığın, soyuqqanlı olun, yoxsa bu şəraitdən çıxmaq çətin olacaq.

Cari məsələlərin həlli üçün münasib gündür. Darıxmağa vaxtınız yoxdur, çünki problemlər müntəzəm olaraq peyda olacaq. Qeyri-standart situasiyalarda isə inandığınız bir şəxsin məsləhətlərindən istifadə edin. Bir çox Qoçlar üçün belə şəxs ya sevgililəri, ya da yaxın qohumları ola bilər.

Buğa - Günün emosional fonu gərgindir, siz əsəbi və narahatsınız. Ətrafınızdakılarla ümumi dil tapmaq çətindir, ailə üzvləri və yaxınlarınızla fikir ayrılığı yaranır. İnsanlar sizə nə qədər çox maraq göstərirlərsə, bir o qədər çox əsəbləşirsiniz. Sərbəstlik və azadlıq istəyi çoxalır və bu hisslər bir çox Buğaları düşünülməmiş addımlar atmağa vadar edir. Köhnə əlaqələrin qırılması ehtimalı var, özünüzə ən yaxın bildiyiniz biriylə də qarşılıqlı anlaşma itə bilər.

Sövdələşmələr, irihəcmli müqavilələrin bağlanması üçün uyğun gündür. Əntiq mallar, zərgərlik əşyaları ala bilərsiniz.

Əkizlər - Bu gün sürpriz qonaqlıqlar günüdür. Olsun ki, heç gözləmədiyiniz adamlar sizə qonaq gəlsinlər, yaxud da siz kimisə yoluxmağa qərar verəsiniz. Rahat, qeyri-formal şəraitdə istənilən problemi, istirahət planlarından tutmuş biznes-layihələrədək bir çox məsələni müzakirə edə bilərsiniz. İdeyalarınız nə qədər cəsarətlidirsə, başqalarının təqdirini qazanmaq şansları da bir o qədər çoxdur.

Başqa insanları da diqqətdən kənarda saxlamaq istəmirsiniz. Bir çox Əkizlərdə başqalarına yardım etmək həvəsi güclənəcək. İctimai və siyasi fəaliyyətə maraq da artacaq.

Xərçəng - İstənilən iş bu gün faydalı olacaq. İntellektual potensialınız yüksəkdir. Bu, ən mürəkkəb məsələləri həll etməkdə sizə kömək edəcək. Siz şəksiz lidersiniz, bunu bu gün görüşəcəyiniz bütün şəxslər sezərək qiymətləndirəcəklər. Özünüzə həmfikir ordusu toplayaraq hansısa yaradıcı layihənin gerçəkləşdirilməsinə başlaya bilərsiniz.

Şəxsi həyatında dəyişiklik etmək istəyən Xərçənglərin bu gün xoşuna gələcək. Arzuların həyata keçməsi üçün xüsusi bir şey etmək lazım deyil - uğur özü qarşınıza gəlir. Bir çox Xərçənglər bu gün düşünülməmiş, amma yerində və düzgün qərar verəcəklər.

Şir - Qeyri-adi, heyrətamiz hadisələr baş verəcək. Həyat tamamilə başqa bir axarla davam edir və bundan qorxmaq lazım deyil. Öz intuisiyanıza güvənin, məhz o, sizə dəyişikliklərə necə uyğunlaşmağı diktə edəcək. Bir dəqiqə də olsun, özünüzə inamınızı itirməyin. O, nəinki sizə uğur gətirəcək, həmçinin qarşı cinsin nümayəndəsinin diqqətini də cəlb edəcək.

Şirlərin əksəriyyəti bu gün yeni eşqə düşəcək. Ehtiraslı və başgicəlləndirən roman yaddaqalan olacaq. Təsadüfi deyil: Şirlər macəra ovuna çıxıblar, ovları da öz ayaqları ilə hüzurlarına gəlir.

Qız - Maliyyə problemləri mümkünür. Düzdür, çox pul itirməyəcəksiniz, amma onlar lazım olan anda əlinizdə olmayacaq. Ola bilər ki, uğursuz alış-veriş edəsiniz.

Həyatınızda gözlənilməz dəyişikliklər baş verir, hadisələrin adi axarı dəyişir, yoxlanılmış üsullar artıq kara gəlmir. Təcili nəsə yeni bir çıxış yolu tapmalısınız, amma siz çaşqınlıq içərisindəsiniz və yaxşı ideyalar bu gün ağlınıza gəlmir. Sizin bütün həyatınızdan xəbəri olan bir şəxslə məsləhətləşməyiniz vacibdir.

Tərəzi - İntellektual işlər, mürəkkəb məsələlərin həlli üçün münasib gündür. Komandada iş çox məhsuldar olacaq, tərəfdaşlarınızın köməyindən istifadə edərək istənilən problemi vaxtında həll edə biləcəksiniz. Keçmiş dostunuzla əlaqələrinizi bərpa edə, yaxud rəğbət bəslədiyiniz biriylə ümumi dil tapa bilərsiniz.

Elektrik alətlər və mürəkkəb mexanizmlərə yaxın durmayın: zədə almaq riskiniz çox yüksəkdir. Səfərə gedə bilərsiniz, amma öncədən onu yaxşıca planlaşdırın. Yalnız uğura arxayın olmayın.

Əqrəb - Təşkilati işləri yoluna qoyun. Təntənəli və əyləncəli tədbirlərin planını hazırlaya bilərsiniz: asudə vaxtı keçirmək üçün orijinal üsullar tapacaqsınız. Eyni zamanda maliyyə vəziyyətiniz də qənaətbəxşdir, müsbət emosiyalar üçün pul sərf etməyə dəyər.

Bəzi məsələləri isə bu gün müzakirə etmək heç lazım deyil: şəxsi əmlaka dair problemləri, əmlak bölgüsünü, vergilərin və ya alimentin ödənilməsini gündəminizdən çıxarın.

Oxatan - Ciddi emosional problemlər yaşayacaqsınız. Özünüzlə bacara bilmirsiniz, yaxın adamlarınız, xüsusən də qadınlar odun üzərinə yağ tökməklə şəraiti daha da gərginləşdirirlər. Onların qeydləri sizə çox acı, yersiz və ədəbsiz görünür. Ümumiyyətlə, heç sizin öz sözlərinizi də nəzakətli adlandırmaq çətindir.

Ev işləri çox vaxt alır. Üstəlik, nə qədər çox adam sizə kömək edirsə, o işi sona çatdırmaq bir o qədər çətin olur. Odur ki, tək işləməyə üstünlük verin, bu, daha səmərəli olacaq. Enerjiniz çoxdur, yorulmaqdan qorxmayın.

Oğlaq - Bu gün yaman mərhəmətlisiniz, kiməsə kömək etmək, xeyriyyəçilik aksiyalarına qatılmaq, sosial problemləri həll etmək həvəsindəsiniz. İctimai və siyasi fəaliyyətə marağınız artır, bu gün bu istiqamətdə öz gücünüzü sınaya bilərsiniz.

Qadınlarla sıx təmaslardan çəkinin. Onların qədərindən artıq emosionallığı sizə gərək deyil.

Kişilərlə ünsiyyət daha xoş və daha məhsuldar olacaq. Mürəkkəb məişət texnikası, kompüter, mobil avadanlıqlar almaq istəyirdinizsə, bu gün belə alış-veriş üçün münasib gündür.

Dolça - Bu gün intuisiyanız sizi darda qoymayacaq. Bəzi Dolçalar isə özlərində ekstrasens qabiliyyətləri aşkar edəcək və buna heyrətlənəcəklər. Unutmayın: bu gün baş verən bütün hadisələrə xüsusi diqqət yetirmək lazımdır. İstənilən xırdalıq hadisələrin sonrakı gedişatına güclü təsir edə bilər.

İnsanlarla ünsiyyət zamanı onlarda xoş təəssürat yaradırsınız. Ziyafətlərdə, kütləvi tədbirlərdə iştirak edə bilərsiniz, bunlar əla keçəcək. Hədiyyə və pul gözləyin.

Balıqlar - Faydalı müzakirələr günüdür. Sizə deyilən hər kəlməni yadda saxlamağa çalışın: bu gün sizə vecsiz, adi görünən məlumat, əslində, çox vacibdir. Şou-biznes və yaradıcılıqla məşğul olan Balıqlar üçün gün xüsusilə uğurludur.

Bu gün alış-verişə çıxın. Al-əlvan, qeyri-adi əşyalara diqqət yetirin, onların hər biri sizin üçün talismana çevrilə bilər. Maliyyə vəziyyətiniz sabitdir.

Xəbər lenti