Dünyanın 20-dən artıq elmi təşkilat və akademiyası dəhşətli iqlim dəyişikliyi ilə bağlı birgə məlumat yayıb.
Bu məlumatda 2017-ci ilin bəşəriyyətin məhvinin başlanğıcı tarixi olacağı bildirilir.
Beynəlxalq Metroloji akademiyalar, Kanada institutu, Çin akademiyası, Dünya Klimat Proqram sistemi kimi nüfuzlu elmi mərkəzlər son bir ilin iqlim, okean, istilik axını dəyişiklikləri qrafiklərinə və müşahidələrə əsasən Dünya birliyinə xəbərdaredici müraciət ünvanlayıblar.
"Son analizlər qlobal iqlim dəyişikliklərinin fəlakət həddinə çatdığını göstərir. Yer üzündə Kiçik Buz dövrü başlayacaq. Günəş aktivliyi Yer kürəsində tsikl dəyişikliyi artırıb. 2017-ci ildə bu, SOS həddini keçib. Yaxın illərdə güclü soyuq iqlim və buzlaşma ssenarisi işə düşəcək. 4-5 il ərzində Yer kürəsinin 80%-i bunu bütün gücü ilə hiss edəcək”.
Müraciətdə həmçinin bildirilir ki, Sakit və Atlantik okean sularının orta hərarəti kəskin olaraq aşağı düşüb: "Antarktika və Cənub yarımkürəsinin iqlimi dəyişib. Son illər orta qurşaq su kütlələri normadan artıq sürətlə 0,9 C dərəcəyə kimi soyuyur. Bu rəqəm orta əsrlər Kiçik Buz dövrü anomaliyası rəqəmlərinə yaxındır. Cənub-Çin dənizində suyun hərarətinin düşməsi Soyuq dövrün yaxınlaşmasına daha bir işarədir.
Bir sözlə, yaxın 2 ildə biz Yer kürəsində ən uzun, soyuq və amansız payız və qış aylarının canlı şahidi olacağıq”.(Bakıpost.az)
1
Leyla Əhmədova həbs olundu
377 dəfə oxunub
2
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
323 dəfə oxunub
3
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
297 dəfə oxunub
4
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
290 dəfə oxunub
5
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
281 dəfə oxunub