Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.
Mynews.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 14-16° isti, gündüz 16-18° isti, Bakıda gecə 14-16°, gündüz 16-18° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95 % olacaq.
Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, yüksək dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var.
Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 9-14°, gündüz 15-19° isti, dağlarda gecə 2-5°, gündüz 6-9° isti olacağı gözlənilir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub