Bürclərin oktyabr ayı üçün MALİYYƏ VƏ SEVGİ PROQNOZU

1879
Bürclərin oktyabr ayı üçün MALİYYƏ VƏ SEVGİ PROQNOZU

Münəccimlər oktybar ayında istisnasız olaraq bütün zodiak işarələrinə öz qayğısına qalmağı və hər xırda detallara diqqət yetirməyi məsləhət görüb.

Mynews.az astroloqların oktyabr ayı üçün bürclərə görə hazırladığı maliyyə və sevgi proqnozunu təqdim edir:

Qoç

Oktyabr ayında hər şeyi sahmana salmalı olacaqsınız. Bu, hər şeyə aiddir: işdən tutmuş hisslərə qədər. Ulduzlar bu ay Qoçlara ciddi alış-verişi təxirə salmağı, çox pul xərcləməməyi və maksimum tədbirli olmağı məsləhət görür.

Həmçinin şəxsi həyatda da kiçik pauza vermək məsləhətdir. Meditasiya və yoqa kimi məşğuliyyətlər sizin üçün faydalı olacaq. Onlar fikri toplamağa çox kömək edəcək.

Buğa

Buğa bürcləri oktyabr ayında dərin nəfəs alacaq. Payız sıxıntısını unutmaq olar. Buğalar üçün belə təhlükə dəqiq yoxdur. Həyatınıza parlaq rənglər əlavə etməyə dəyər. Məsələn, saç düzümünü yenisilə əvəz etmək, alqırmızı və bənövşəyi rəngli geyimlər almaq olar.

Münasibətlərdə də Buğaları qara buludlar gözləmir. Yeni xoş tanışlıqlar üçün əyləncə gecələrinə və ya müxtəlif tədbirlərə üz tutun.

Əkizlər

Oktyabr öz həyatını birdən-birə dəyişmək üçün Əkizlərə unikal şans hədiyyə edəcək. Və bu, ilk növbədə iş yerinin dəyişdirilməsinə aiddir. Bu ay daha yüksək maaşlı yeni iş axtarmaq üçün sərfəlidir. Yalnız Əkizlərin müvəffəqiyyəti onların fəallığından asılı olacaq. Bütün gücünüzü məhz öz peşəkarlığınıza yönəltməyə dəyər.

Şəxsi münasibətlər isə gözləyə bilər. Oktyabrda ciddi romanlar yaşamaq lazım deyil. Bütün fikri-zikri karyera üzərində cəmləşdirmək daha yaxşıdır.

Xərçəng

Bu ay sizin üçün öz qabığından çıxmaq və özünü dünyaya göstərmək üçün ideal vaxtdır. Oktyabr ayı sizi artıq təvazökarlığı bir kənara atmağa və qətiyyətli ölçülərə başlamağa çağırır. Əgər maaşın artırılmasını istəyirsinzisə, birbaşa müdirin yanına gedin. Və diplomatiya haqqında düşünməyə ehtiyac yoxdur.

İddianız şəxsi həyatda da kömək edəcək. Tənha Xərçənglərin fəhmi və hazırcavablığını göstərməyə dəyər. Ən cəsarətlilər şəxsi həyatda çoxdan gözlənilən xoşbəxtliyi əldə edəcəklər.

Şir

Şirlər üçün oktybar ayı fırtınalar və dəyişikliklər ifadə edəcək. Özü də yaxşılığa doğru deyil. Şir bürcləri hər sözü deməzdən əvvəl diqqətlə düşünməli, 100 ölçüb 1 biçməli olacaq. Odur ki, fikir söyləyən zaman ehtiyatı əldən buraxmaq olmaz, axı onu asanlıqla təhrif edəcəklər.

Münasibətlərdə də ehtiyatlı olmağa dəyər. Oktyabr ayında romantik tanışlıqlar baş verə bilər, lakin ürəkdən bağlanmaq olmaz. Çünki sizə ondan yalnız xoş xatirələri qalacaq.

Qız

Bu zodiakı nişanı kübar həyata baş vuracaq. Səhərə qədər davam edən əyləncə gecələri və maraqlı tanışlıqlar zamanı gəlib. Oktyabr ayı Qızlar üçün asan olacaq. İşdə vəzifənin qaldırılması mümkündür. Odur ki, hər cür tədbir və dəvətlərdən imtina etmək lazım deyil. Çünki onlardan birində ikinci yarınızla görüş ehtimal edilir.

Tərəzi

Payız Tərəzilərə çoxsaylı hədiyyələr bəxş edəcək. Lakin fürsətdən vaxtında istifadə etmək və tənbəlliyə yol verməmək vacibdir. Tərəzilərin öhdəsinə yeni-yeni işlər düşəcək. Yeni hobbi də onların xeyrinə olacaq.

Münasibətlərdə açıqlıq və səmimiyyət göstərmək lazımdır. “Məhəbbəti ləyaqətlə qəbul etmək” bu ayın devizi olacaq.

Əqrəb

Qərarsızlıq Əqrəblərin əsas düşməni olacaq. Özünü hərtərəfli göstərməyin vaxtı çatıb, həmçinin öz temperamenti. Qətiyyətsiz Əqrəblərə uğur bu ay gülümsəməyəcək. Onların cəsarətli yoldaşları maddi rifahın yaxşılaşmasına bel bağlaya bilərlər. Bu, sevgi məsələlərinə də aiddir. Əgər bir yerdə ilişib qalmasınız, yeni xoş tanışlığa başlamaq olar. Və o çox tezliklə möhkəm münasibətlərə çevriləcək.

Oxatan

Gündəlik həyatın bütün məsələlərində ən yaxşı dost və məsləhətçi olacaq. Məsələ ondadır ki, oktyabrda Oxatanlar başlarını itirəcək. Oxatan bürcləri soyuq ağılla hərəkət etməyəcək, əskinə onları hissləri idarə edəcək. Ancaq bu, xeyir gətirməyəcək. Ulduzlar Oxatanlara fikirlərini kağız üzərinə köçürməyi məsləhət görür. Bu, onlara düzgün qərarlar verməyə kömək edəcək. Oktyabrda onlar iki odun arasında qalacaq.

Oxatanlar həyatlarında qaçılmaz seçim etməli lazım olacaq. Ulduzlar tənha Oxatanlara bu ay ikinci yarısının axtarışlarına çıxmamağı tövsiyə edir. Sevgi romanlarının ayrılıqla bitməsi ehtimalı çox böyükdür.

Oğlaq

Oktyabr Oğlaqlara xoş hadisələr vəd edir. Onların bütün işləri ideal gedəcək. Çox sərfəli sövdələşmə və ya müqavilənin imzalanması mümkündür. Oktyabrda diplomat olmaq və mübahisəli işlərə daxil olmamaq lazımdır. Yaxşısı budur ki, qalmaqallı vəziyyətlərdən yan keçin.

Sevgi isə heç gözləmədiyiniz anda və yerdə sizi tapacaq. Odur ki, subay Oğlaqların tək gəzintiyə çıxması üçün oktyabr əlverişli vaxtıdır.

Dolça

Ulduzlar Dolçalara öz maliyyə durumlarını ciddi nəzərdən keçirməyi məsləhət görürlər. Oktyabr investisiyayla məşğul olmaq üçün əsl vaxtdır. Və bu, yalnız bank hesablarına aid deyil. Pulu öz təhsilinizə də yatıra bilərsiniz. Məsələn, ixtisasın artırılması, kurslar və s. Çox tezliklə belə investisiyalar sizə əlavə gəlir mənbələri qazandıracaq.

Oktyabrda sevgiyə də rasional yanaşmağa dəyər. Ağrılı münasibətlərə son qoymaq vaxtı çatıb. Amma yenisinə başlamağa tələsməyin. Hislər soyumalıdır.

Balıq

Oktyabr adət edilmiş ətalətdən çəkilmək və yeni maraqlı işlərlə məşğul olmaq üçün əsl vaxtdır. İdman, rəsm kursları və ya kulinariya dəsrləri sizin üçün faydalı ola bilər. Yeni məşğuliyyətlər çoxlu müsbət emosiyalar və xoş tanışlıqlar hədiyyə edəcək.

Romantika açar olacaq. İnanılmaz görüşlər və isti öpüşlər payız depressiyasını izsiz yox olmağa məcbur edəcək. Lakin oktyabr ən yüngül ay olmayacaq. O xoşagəlməz hadisələr və ağır işlər də vəd edir. Əgər siz özünüzə inansanız, taleyin bütün nişanlarını nəzərə alsanız və gülümsəməyi unutmasanız, hər şey keçib gedəcək.(publika/az)

Xəbər lenti