Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Mynews.az-a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq.
Cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 14-16° isti, gündüz 20-25° isti, Bakıda gecə 14-16°, gündüz 22-24° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 45-55 % olacaq.
Azərbaycanın rayonlarında oktyabrın 9-da hava şəraiti əsasən yağmursuz, səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 10-15°, gündüz 20-25° isti, dağlarda gecə 3-8°, gündüz 11-16° isti olacağı gözlənilir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub