USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Şimşək çaxacaq, yağış yağacaq Sabahın HAVASI

19:47 26.10.2017
Şimşək çaxacaq, yağış yağacaq Sabahın HAVASI
19:47 26.10.2017

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Mynews.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 11-14° isti, gündüz 16-19° isti, Bakıda gecə 12-14°, gündüz 17-19° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında, əsasən, səhər və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, duman olacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 7-12°, gündüz 18-23° isti, dağlarda gecə 4-9°, gündüz 11-16° isti olacağı gözlənilir.


Xəbər lenti