Bu ilin sonuna qədər bürcləri nə gözləyir? Ekstrasens yazır...

908
Bu ilin sonuna qədər bürcləri nə gözləyir? Ekstrasens yazır...

Məşhur parapsixoloq, ekstrasens bioenerji, metafizik uzmanı Zərinə Ulduzun 2017-ci ilin sonuna qədər bürclərin sevgi, maddi və sağlamlıqları haqqında yeni praqnozları təqdim edirik.

Qoç - Şəxsi həyatınız bu il çox uğurlu keçəcək. Əgər keçmiş illərdə ikili əlaqələr və sevgi həyatınızla bağlı hər hansı bir çətinliklər yaşamısınızsa, dərd etməyin, bu il sizlər üçün evlilik həyatınızda yaşadığınız mənəvi problemlərin həll olunacağı bir ildir. Subaylar üçün yeni bir sevginin başlanğıcı sayıla bilər. 2017-ci il ciddi əlaqələrin olması və nikaha daxil olmaq baxımdan ideal zamandır. Bu il maddi tərəfdən də qoç bürcünü şanslı hesab etmək olar. Xəyalınızda bu günə qədər düşündüyünüz ev və ya maşını almaq şansınız olduqca yüksəkdir. Sadəcə qoçların kariyerasında bir az çətinliklər ola bilər, lakin bu keçici olduğu üçün əhvalınızı pozmayın. Demək olar ki, bu il qoç bürcü altında dünyaya gələnlərin səhhətləri ilə bağlı ciddi problemləri olmayacaq.

Buğa – Buğalar, şəxsi həyatınız sabit keçəcək, bu ilin sonuna qədər məntiqli bir əlaqəyə imza ata bilərsiniz. Çünki buğa bürcü üçün 2017-ci il aşiq olmaq heç də əlverişli bir məqam hesab olunmur. Buğa bürcü üçün yeni tanışlıqlar gözlənilir, amma onların hamısı ötəri hisslər olacaq.Yaxşı olardı, siz sevgi əlaqələrinizə və şəxsi münasibətlərinizə fasilə verib bir sonrakı ilə saxlayasınız. Sizlər üçün sevgi həyatında kəskin dəyişikliklər və böyük uğurlar bir sonrakı ilə təsadüf edir. Buğa bürcünün maddi, iş həyatı olduqca xoş sürprizlərdən və şanslardan ibarət olacaq. Bu günə qədər iş həyatınıza verdiyiniz əməklərin qarşılığını böyük uğurlarla alacaqsınız. Sağlamlığınıza diqqət etməyiniz tövsiyə olunur. Stresli bir həyat tərzi sizi yora bilər.

Əkizlər – 2017-ci ilin ilk aylarının sevgi həyatınızda sıxıntılarla başlamasına baxmayaraq, mart- aprel ayından etibarən, yeni bir sevgi həyatına keçid omuşdur. Dəyişikliklərə hazır olmalısınız, xoşbəxt olacağınız bir il sonu sizi gözləyir. 2017-ci ildə maddi çətinliklə üzləşməməyiniz üçün xərclədiklərinizə diqqət göstərin. Əkizlərin 2017-ci ildə ciddi bir sağlıq probleminin olacağı görünmür. 2018-ci il isə bütün geridə qoyduğunuz illərdən daha uğurlu olacaq.

Xərçəng – 2017-ci ilin əvvələri üçün xərçənglərin bir çoxunun münasibətləri ayrılıq ilə nəticələnəcək. Ona görə də, mövcud olan münasibətlərini qoruyub saxlanmağı məsləhət görərdim . Lakin ilin sonuna doğru xərçənglərin həyatında coşğun bir sevgi macarası baş verəcək və bu sizi həyata bağlayacaq böyük bir sevgi ola bilər. Xoşbəxtliyinizə və həyata pozitiv baxmağınıza səbəb ola biləcək böyük bir sevgidir. İlin əvvəlində əldə edəcəyiniz maddi gəlir sizi bir çox hallarda qanə etməsə də, 2017-ci ildə əldə etdiyiniz maddi gəlir hədəflərinizi və xəyallarınızı gerçəkləşdirmək üçün yetərli olacaq. Soyuqdəymədən əlavə hər hansı bir sağlıq probleminiz olmayacaq. Əsəb xəstəliyi yaşaya bilərsiniz. Çalışın sizə neqativlik gətirən hər şeydən uzaq olun.

Şir - Bu bürcün nümayəndələri sevgi həyatında inadkarlığa üstünlük verəcəklər. Pərəstişkarlarının görüş, sevgi təklifindən təkəbbürlə imtina edəcəklər, lakin unutmayın ki, şəxsi həyatınızda ən vacib olan mövqe insanları qoruyub saxlamanızdan ibarət ola bilər. Bu ilin tam ortalarından etibarən, şir bürcünün maddi sıxıntıları tam olaraq yekunlaşsa da, yenədə xərcləmələrinizə diqqət etməlisiniz. Biznes və ticarət işləri üçün bu il bir o qədər də doğru zaman hesab edilmir. Şir bürcünün nümayəndələri bu il daha təmkinli davranmaları məsləhətdir. Səbirsizlik və həyacan sizə psixoloji problemlər yarada bilər və bununla birlikdə sağlamlığınıza soyuq aylarda diqqət göstərsəniz daha məqsədə uyğun olar. 2018-ci il şirlərin ticarət işi üçün daha əlverişli və məqsədəuyğun olacaq.

Qız - Torpaq ünsürü olan bu bürcün nümayəndələri üçün sədaqət etibar və vəfa, aldadıcı tanışlıq və həyəcanlı ötəri hisslərdən daha vacibdir. Artıq yaranmış əlaqələrin inkişafı, dərinləşməsi davam etməsi və qorunması sizlər üçün daha önəmli olacaq, sahib olduqlarınızın dəyərini bilməniz daha məsləhətlidir. Bu il şanslarınızı və sizə gələn təklifləri dəyərləndirməyə çalışmalısınız, çünki maddi cəhətdən rahatlığa qovuşacağınız bir il məhz 2017-dır. Şansınız hər zaman qapınızı döyə bilər və çalışın dəyərləndirin. Sağlam və sakit bir il keçirəcəksiniz.

Tərəzi - Sakit və təmkinli görünən tərəzilər ömür boyu sevib-sevilə biləcəyiniz və hər kəsi təəccübləndirən bir eşq yaşamağınız gözlənilir. Əksər tərəzilər bu il müddətində əvvəlki münasibətlərinə də son qoyacaq və yenidən uzun ömürlü bir eşq həyatına addım atmağa başlayacaq. Həyatınızda maddi tərəfdən dəyişikliklər etmək istəsəniz də, biraz bəzi çətinliklərlə üzləşə bilərsiniz, lakin bu çətinliklər iki aydan çox davam etməz və maddi imkanlarınız qaydasına düşəcək. 2017-ci ildə tərəzi bürcünün hər hansı bir sağlamlıqla əlaqəli bir problemi olmasa da, buna baxmayaraq siz hər zaman mənəvi yorğunluğunuza diqqət etməlisiniz. Yuxusuzluq və stressdən bacardığınız qədər kənar olun. Bunlar sizi hər hansı bir narahatlığa gətirib çıxara bilər.

Əqrəb - Bu bürcün nümayəndələrinin mürəkkəb xarakteri məhəbbət aləmində onlara gələn il mane olacaq. Onların özünü yüksək qiymətləndirməsi və eqosentrizmi yeni tanışlarını qorxuda bilər. Odur ki, əgər Əqrəblər şəxsi həyatda yenilik baş verməsini istəyirsə, ilk növbədə özünü dəyişdirməli və bir cox hallarda əsəblərinə hakim olmağı bacarmalıdırlar. Bağışlamağı, qüsurları aradan qaldırmağı öyrənməli, eyni zamanda təmkin və diplomatik hərəkət etməlisiniz ki, uğurları əldə etməyə nail olasınız. Xəyallarınızda gerçəkləşdirdiyiniz rəqəmlər gerçək həyatınızda payız aylarına qədər reallaşmaya bilər, çünki sizin maddi uğurlarınızı əldə etməyiniz 2017-ci ilin sonuna doğru təsadüf edir. Sizi mütəmadi baş ağrıları narahat etsə də, ciddi bir xəstəliyiniz olmayacaq.

Oxatan - Bu il Oxatanlar üçün şəxsi münasibətlər baxımdan yüksək səviyyədə keçəcək. Sevgi sahəsində onlar üçün həm təsadüfi, həm də şans dolu məhəbbət yaşanılacaq. Daha əvvəllər eşq həyatınız sönük keçsə də, 2017-ci ildə eşq həyatınızda hər hansı bir problemlə üz-üzə gəlməyiniz gözlənilmir. Daha əvvələr maddi tərəfdən gerçəkləşdirməyiniz imkansız olan, xəyal deyib keçdiyiniz arzularınız bu il gerçəkləşəcək. Maddiyat və sərvət həyatınıza 2017-ci illə bərabər gələcək. İlk 2 ay özünüzü yaxşı hiss etməsəniz də, bu heç bir ciddi narahatçılığın başlanğıcı deyil. 2017-ci ildən sonra hər şey düzələcək siz də əvvəlki sağlamlığınıza qovuşacaqsınız. Depressiv hallardan uzaq durmağınız məsləhətdir.

Oğlaq - Digər bürclərlə müqayisədə ziyalı və ağıllı Oğlaqlara heç də asan olmayacaq. Oğlaqlar şəxsi həyatının uğurlu alınması, sevgidə şans əldə etmələri üçün öz zahiri görkəminə diqqət ayırmalı olacaq. Effektli zahiri görünüş onlara kütlə içində yüksəlməyə kömək edəcək, ləyaqət və məziyyətlərini vurğulayacaq. 2017-ci il maraqlı tanışlıqlar və romantik qələbələr ilə yekunlaşacaq.Sevgidə şanslarınız daha da güclənəcək. Bu il maddi durumunuzda hər hansı bir sıxıntılar yaşaya bilərsiniz, ona görə də, yaz və yay aylarında xərcləmələrinizə diqqətli olmalısınız. Səbəbsiz şübhələrdən uzaq durmağınız məsləhət görülür.

Dolça – 2017-ci il dolça bürcünün nümayəndələri arasında sadiq münasibətlər üstünlük təşkil edəcək. Fəal və ünsiyyətcil dolçalar sevgidə, sədaqətdə bu il daha çox uğurlu olacaqlar. Qarşınıza çıxan təklifləri dəyərləndirməyiniz şansınızı əldən verməmənizə bir işarədir. İlin ortalarında maddi tərəfdən bir çox sıxıntılar yaşaya bilərsiniz .İlin sonuna yaxın isə iş həyatınızla əlaqəli uğur və kariyeranızda yüksəliş görünür .Sağlamlıqla əlaqədar bir çox probleminiz həllini tapacaq.

Balıq - Onların şəxsi həyatında heyrətamiz dəyişikliklər baş verəcək. Bu bürclərin həyatlarını tamamilə, dəyişən gözlənilməz görüşləri yay aylarına təsadüf edib. Balıqlar özlərinə qətiyyən oxşamayan müxtəlif xarakterlərə sahib olan, ancaq ideal tərəf müqabili ilə tanış olacaqlar. Əsl eşqi qazanmağınız üçün köhnə münasibətlərinizin dəftərlərini bağlamalısınız. İsrafçılıq etmədən xərclərinizi çərçivə daxilində etsəniz daha məsləhətlidir. Biznes və ticarət aləmində ayın ilk yarısı daha uyğun və əlverişli məqamdır.

Xəbər lenti