Fevralın 23-də gözlənilən hava şəraiti haqqında məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Mynews.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, gündüz arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 1-3° isti, gündüz 8-12°, Bakıda gecə 1-3° isti, gündüz 9-11° isti olacaq.
Azərbaycanın rayonlarında da əsasən yağmursuz hava şəraiti gözlənilir. Lakin günün birinci yarısında bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 11-16° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti olacağı gözlənilir.
Fevralın 23-dən 26-sı gündüzədək bəzi rayonlarda cənub-qərb, qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcəyi gözlənilir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub