Amerika Birləşmiş Ştatlarının Kosmik Tədqiqatlar agentliyi (NASA) dünyadan 40 işıq ili məsafədə 7 yeni planet kəşf etdiyini açıqlayıb. Mynews.az Türkiyə mediasına istinadən məlumatına görə, bununla bağlı NASA Günəş sistemindən kənarda kəşf edilmiş planetlər mövzusunda mətbuat konfransı keçirib.
Günəş sistemindən kənardakı ulduzların ətrafında fırlanan və “ekzoplanet” adlandırılan bu planetlərin kəşfinin Yerdən kənarda canlı varlıqların aşkara çıxarılması yolunda əhəmiyyətli addım olacağı bildirilir.
Astronomların Trappist-1 adlandırdığı yeni sistemdə temperaturun Yerdəki ilə oxşar ola biləcəyi ehtimal olunur.
NASA-nın 2018-ci ildə göndərməyi planlaşdırdığı yeni teleskoplar sayəsində 7 yeni planet barədə daha geniş məlumatlar əldə olunacaq. Araşdırmanı aparan astronomlar böyüklüklərinə görə ardıcıllıqla planetlərə TRAPPIST-1b, 1c, 1d, 1e, 1f, 1g ve 1h adlarını veriblər.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub