Yer kürəsi 12 gün müddətində qaranlığa qərq olacaq. Səbəb isə Yupiter ilə Venera planetlərinin bir-birinə yaxınlaşmasıdır.
Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, son günlər kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayılan bu məlumat vətəndaşların narahatlığına səbəb olub.
Bəs bu məlumat həqiqətdirmi? Yer kürəsinə hanısa bir təhlükə gözləyirmi?
Azərbaycan Milli Elmlər Akademiyası Nəsrəddin Tusi adına Şamaxı Astrofizika rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılovun sözlərinə görə, Yupiter ilə Venera planetlərininn ən yaxın məsafədə yaxınlaşması ötən gün günorta saatlarında 15 dəqiqə bucaq məsafəsində olub. Bu cür yalan məlumatları yaymaqda isə müəyyən şəxslərin marağı var.
Xıdır Mikayılov bildirir ki, iki planetin Yeri qaranlığa qərq etməsi mümkün deyil.Yer kürəsində yalnız Günəş tutulması nəticəsində qaranlıq ola bilər.
Qeyd edək ki, NASA alimi Çarlz Boden belə bir iddia ilə çıxış edib ki, noyabrın 15-də Yupiter Venera ilə minimal məsafəyədək yaxınlaşması nəticəsində Yer noyabrın 27-nə qədər qaranlığa qərq olacaq. Ancaq buna cavab olaraq NASA alimlərinin bir çoxu bu məsələni saxta adlandırıblar.