Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, axşam bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var.
Şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 3-6° isti, gündüz 9-13° isti, Bakıda gecə 4-6° isti, gündüz 10-12° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-65 % olacaq.
Noyabrın 27-də Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman. Lakin axşama doğru bəzi şərq rayonlarında yağış, dağlıq rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 4-9° isti olacağı gözlənilir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub