USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

2018-ci ilin büdcəsi nə vəd edir?

Gələn ilin dövlət büdcəsi bütün göstəricilərinə görə 2017-ci ildən üstündür. Gələn ilin büdcəsi hazırkı büdcədən 3 milyard manat çoxdur. Bununla yanaşı, sosial xərclər büdcənin 30 faizindən çoxunu təşkil edir. Gələn il ilk dəfə işsizlikdən sığorta fondu fəaliyyətə başlayacaq ki, bu məqsədlə də 79 milyon manat ayrılacaq.

22:24 03.12.2017
2018-ci ilin büdcəsi nə vəd edir?
22:24 03.12.2017

Mynews.az "Xəzər TV"-yə istinadən bildirir ki, 2017-ci ilin dövlət büdcəsinin gəlirləri 16 milyard 255 milyon olduğu halda, gələn ilin büdcəsinin gəlirləri 20 milyard 127 milyon manat proqnozlaşdırılıb. Bu ilin dövlət büdcəsinin xərcləri isə 16 milyard 900 milyon manat olduğu halda, gələn il dövlət büdcəsinin xərcləri isə 20 milyard 905 milyon manat nəzərdə tutulub.

Rəqəmlərdən də göründüyü kimi, 2018-ci ilin dövlət büdcəsinin əsas parametləri bu ilə nisbətən xeyli yüksəkdir. Millət vəkili Tahir Mirkişili bildirir ki, bu, Azərbaycan iqtisadiyyatının gələn il proqnozlaşdırılan artımı hesabına təmin ediləcək.

Hər zaman sosial sahəyə xüsusi diqqət yetirən hökümətin gələn il üçün nəzərdə tutulan büdcəsində də sosial yönümlü xərclərin ümumi çəkisi 32 faizdən çox nəzərdə tutulub. Bu da cari ilin büdcəsində bu məqsəd üçün ayrılan vəsaitdən çoxdur.

Millət vəkili Tahir Mirkişili onu da bildirdi ki, gələn il ilk dəfə İşsizlikdən Sığorta Fondu fəaliyyətə başlayacaq. Belə ki, bu məqsədlə ayrılacaq 79 milyon manatlıq vəsaitin yarısı 3-6 ay ərzində işsiz qalan vətəndaşların müavinət almasına yönəldiləcək. Fondun vəsaitinin yarısı isə işsiz qalan vətəndaşların şəxsi təsərrüfatının, biznesinin qurulmasına xərclənəcək.

Millət vəkilinin sözlərinə görə, Azərbaycanın 2018-ci il dövlət büdcəsinin kəsiri 778 milyon manat proqnozlaşdırılır ki, bu da ümumdaxili məhsulun cəmi 1.1 faizinə bərabərdir. Bu isə beynəlxalq səviyyədə müsbət göstərici olaraq qəbul olunmuş ümumdaxili məhsulun 3 faizindən aşağıdır. Bu amil də gələn ilin iqtisadi göstəricilərinin pozitiv olmasına dəlalət edir. Ümumilikdə gələn ilin büdcəsi artmaqda olan Azərbaycan iqtisadiyyatının daha da böyüməsi və inkişafına dəstək olacaq.


Xəbər lenti

300x200r