Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Fevralın 27-ə - HAVA PROQNOZU

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Mynews.az-a verilən xəbərə görə, arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şərq küləyi ilə əvəz olunacaq.
 
Havanın temperaturu gecə 2-5° isti, gündüz 7-9° isti, Bakıda gecə 2-4° isti, gündüz 7-9° isti olacağı gözlənilir.
 
Atmosfer təzyiqi 772 mm civə sütunundan 767 mm civə sütununa enəcək.Nisbi rütubət gecə 65-75 %, gündüz 50-60 % təşkil edəcək.
 
Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz, bəzi yerlərdə duman olacağı, gecə və səhər ayrı-ayrı dağlıq və dağətəyi rayonlarda yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 2-7° isti, gündüz 9-14° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacağı gözlənilir.
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...