Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Mynews.az-a verilən məlumata görə, yarımadanın bəzi yerlərində yağıntının intensiv olacağı ehtimalı var.
Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 0-2° şaxta, gündüz 0-3° isti, Bakıda gecə 0-2° şaxta, gündüz 0-2° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95 % təşkil edəcək.
Azərbaycanın rayonlarına gəlincə, fevralın 13-də arabir qar yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq, qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 0-4° isti, dağlarda gecə 6-11° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir. Yolların buz bağlama ehtimalı var.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub