Astroloji proqnoz 28 fevral

789
Astroloji proqnoz 28 fevral

Qoç - qətiyyətli addım atmaq və ya qərar qəbul etmək üçün labüd şərait formalaşır. Günün ikinci yarısındakı situasiya sizi təmin edirsə, münasibətlərin gərinləşməsinə imkan verməyin. Mübahisəli vəziyyətdən çıxış yolu arayın.

Buğa - hərəkətli, qarğaşalı və çətin gündür. Əhəmiyyətli dəyişikliklər olmayacaq. Şəxsən sizə heç bir xeyri, mənfəəti olmayan mübahisələrə qatılmayın, dedi-qoduların iştirakçısı olmayın.

Əkizlər - sual və ya informasiya istəyi mühüm məsələ ilə bağlı mövqeyinizi dəyişə bilər. Bu gün baş verənlər perspektiv baxımından önəmlidir.

Xərçəng - yaxın ətrafınızdakı insanlarla diqqətli olun, onlardan yardım və dəstəyinizi əsirgəməyin. Səhhətinizlə məşğul olmaq üçün əlverişli vaxtdır. Rasionu qaydaya salın.

Şir - iş yoldaşlarınız, tərəfdaş və ya şərikiniz sizə yeni məlumat verəcək. Düşünmək, təhlil etmək üçün mövzu var.

Qız - hadisələrə süni təkan verməyə çalışmayın. Hansısa olaya aktiv müdaxilə əleyhinizə çevriləcək ünsürə dönə bilər.

Tərəzi - ilk baxışdan çətin görünən hadisənin detallarını və təfərrüatlarını bilməyə çalışın. Səfər və ya gəzinti üçün əlverişli gündür.

Əqrəb - şəxsi münasibətlər müstəvisində son günlərdə baş verənləri nəzərə alan yeni davranış sxeminə ehtiyac var. İntuisiya və hisslərinizə güvənə bilərsiniz.

Oxatan - hər şey plana uyğundur və nizamı pozmamaq üçün yaşam axarına aktiv müdaxilə etməyin. Ünsiyyət, danışıqlar və yazışmalarda önəmli məqamlar yaranacaq.

Oğlaq - kollektiv və ya sizinlə həmfikir olan insanlar yeni işə başlamaq üçün təkan verəcəklər. Tələsməyin, yeni plan hazırlayın. Yenilikləri yalnız təbii məcrada inkişaf edən hadisələrin təsiri altında reallaşdırın.

Dolça - eyni vaxtda bir neçə işlə məşğul olmağınız gərəkdir. Bəlli işi başa vuranda və ya məsələni çözəndə razılıq hissi yaranacaq.

Balıqlar - axınla hərəkət edin, qəfil təşəbbüsə inanmayın. Axşam saatlarında imkanınız olarsa, alış-veriş edin. Təmkinli və soyuqqanlı olun.

Xəbər lenti