Günün qoroskopu başqalarının uğurlarına sevinməyi bacarın

827
Günün qoroskopu başqalarının uğurlarına sevinməyi bacarın

Qoç - günün ilk yarısında özünüzə əmin olsanız, işləriniz uğurlu alınacaq. Yaşanan olaylarla bağlı fikrinizi bildirməkdən çəkinməyin. Yaxın ətrafınızdakı insanlar sizi dinləyəcəklər. Peşəkar fəaliyyətlə bağlı sizdən məsləhət istəyənlər var.

Günün ikinci yarısında adi günlərlə müqayisədə əhvalınız daha sürətlə dəyişəcək. Obyektiv səbəblər ilk baxışdan yoxdur.

Yaxınlarınızın, sevdiyiniz insanın iradlarını nəzərə alın. Ünvanınıza deyilən istənilən tənqid sizi təbdən çıxarmasın. Aqressiv cavab versəniz, sonradan peşman ola bilərsiniz.

Buğa - günün ilk yarısı yeni layihəyə başlamaq, sifarişi yerinə yetirmək üçün əlverişli zamandır. İşlərə ağılla, məntiqlə yanaşsanız, çətinlikləri dəf etmək olar. Əlverişli situasiya, ən başlıcası isə ətrafınızdakı insanların dəstəyi önəmli məqamlardır.

Günün ikinci yarısında yadlara sirlərinizi danışmayın, planlarınızı bölüşməyin. Mənasız söhbətlər və boş mübahisələr vaxtınızı alacaq. Yaşlı qohumlardan birinin səhhətində, yaxud da maddi durumunda problemlər yarana bilər.

Əkizlər - soyuqqanlı, səbrli olun. İşlərə başlayanda nə ilə məşğul olduğunuzun təfərrüatlarını öyrənin. Qətiyyətli və iradəli davranışı seçin. Müstəqil fəaliyyət göstərin, təkbaşına işləyin. Əməkdaşlıq və ya birgə çalışmaq məhsuldar, uğurlu olmayacaq.

Günün ikinci yarısında yaxınlarınızla münasibətlərdə həssas olun. Qıcıqlı və aqressiv davranmayın. Səhhətinizə fikir verin. Əsəbilik, nevrozlar orqanizminizdə fəsadlar yarada bilər.

Axşam saatlarında normal istirahət edin.
 

Xərçəng - günün ilk yarısında baş verən olayları diqqətlə müşahidə edin. Çətinliyinə görə yarımçıq qalmış işləri başa vurun. Yaradıcı potensialınızı inkişaf etdirin.

Günün ikinci yarısında hadisələrin axarına sərt təsir etməyin. Saatlar keçdikcə müsbət təmayüllərin təsiri güclənəcək.

Yaxınlarınızla təmaslarda alicənab olun. Ən başlıcası isə hiyləgərlik etməyə, aşkar məqamları gizləməyə çalışmayın. Subaysınızsa, axşam saatlarında yeni tanışlıq ola bilər.

Şir - bu gün formalaşacaq ideya gəlirlərinizi artıra bilər. Amma bunun üçün xeyli zəhmət və ciddi çalışmaq gərəkdir. Vaxt qıtlığı yaranmasın deyə, planlı hərəkət edin. Adi günlərdən fərqli olaraq işgüzar tərəfdaşlarla münasibətlərdə sərinlik formalaşacaq.

Günün ikinci yarısı alış-veriş, daşınmaz əmlakla əməliyyatlar üçün münasibdir.

Axşam saatlarını ailənizə, ən yaxın insanlara həsr edin. Qonşu və ya dostlardan biri davranışı ilə sizdə qıcıq yaradacaq. O, özünə ifrat diqqət tələb edir.

Qız - mənasız söhbətlərə qatılmayın. Başqalarının problemləri ilə məşğul olmayın, bilavasitə sizə dəxli olmayan məsələlərlə bağlı fikir yürütməkdən ehtiyatlanın.

Tələskənliyə yol verməyin, plana uyğun hərəkət edin.

Günün ikinci yarısında bir sıra işlərin öhdəsindən gələ bilərsiniz.

Axşam saatlarına yaxın yaşlı şəxslə mübahisə istisna deyil. Mənasız təhlil və müzakirələri dayandırın. Yeni tanışlıq və görüş üçün münasib zaman deyil.

Tərəzi - sayıq olsanız, əlavə gəlirlərlə bağlı ideyanı reallaşdırmaq olar. Sərvaxtlıq, düşünülməmiş qərarların verilməməsi planlarınızda irəliləyişlər yaradacaq. Əks təqdirdə uzun müddətdən bəri hazırladığınız məsələdə geriləyəcəksiniz.

Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla münasibətləri normallaşdırın. Ailə üzvləriniz sizdən əsla maraqlanmadığınız işi görməyi tələb edəcəklər. Güzəştə meylli olun, amma öz mənafeyinizi də qulaqardına vurmayın.

Əqrəb - günün ilk yarısı məhsuldar fəaliyyət üçün çox əlverişlidir. Durumu təhlil edin, ətrafınızdakı insanlara təsir göstərməyə çalışın. Kiçik problemlərə və xırda maneələrə fikir verməyin.

Günün ikinci yarısında sonradan yaşamınızda və işlərinizdə önəmli rol oynayacaq insanla qarşılaşacaqsınız. Ailədə anlaşılmazlıq yaranarsa, səbr və dözüm xoşagəlməz məqamı çözməyə imkan verəcək.

Axşam saatlarında yaradıcı fəaliyyətlə məşğul olmaq mümkündür.

Oxatan - riskdə xeyir var. Çəkinməyin, məqsədə çatmaq üçün iradəli davranın. Maliyyə məsələlərində eksperimentlər uğurlu alına bilər. İntuisiyanıza güvənin və o, seçim anında sizi yanıltmayacaq.

Günün ikinci yarısı yeni işgüzar münasibətlərə başlamaq üçün əlverişlidir. Peşəkar fəaliyyətinizlə bağlı məsələlərdə diqqətli olun. Uzun səfərə yollanmayın.

Axşam saatlarında proseslərin donuq müşahidəçisinə çevrilməyin.

Oğlaq - aktual məsələləri həll etməyə başlayın. Önəmli anlaşmada emosiyalara qapılaraq yanlış qərar verməyin. Ümumi maraqlar tələb edirsə, güzəştə getməyi və bir qədər geri çəkilməyi bacarın.

Yaxın ətrafınızdakı insanlara sayğı ilə yanaşsanız, ağır problemin öhdəsindən gəlməkdə sizə yardım edəcək insanla qarşılaşacaqsınız. İşgüzar səfər pis alınmayacaq.

Günün ikinci yarısında yaxınlarınızdan birinin tənqidi sizdə kəskin reaksiya və qıcıq yaratmamalıdır. Siz dəstək sözləri, tərif və ya əməyinizin nəticələrinin təqdirini eşitmək istəsəniz də, reallıq fərqlidir.

Dəyər verdiyiniz insanları incitməyin.

Dolça - günün ilk yarısında maraqlı tanışlıqlar və xoş görüşlər istisna deyil. Peşəkar fəaliyyət sahəsində gözlənilməz irəliləyiş, şəraitin yüngülləşməsi yaşanacaq. İşgüzar səfər və uzaqdan gəlmiş adamla danışıqlar pis alınmayacaq.

Başqalarının uğurlarına sevinməyi bacarın.

Günün ikinci yarısında yaxınlarınıza diqqət ayırın. Sevdiyiniz insanı hədiyyə ilə sevindirin. Həmin şəxsin dəstəyinə və məsləhətlərinə ehtiyacınız var.

Balıqlar - bu gün ən yaxşı məziyyətlərinizi, üstün yönlərinizi nümayiş etdirə bilərsiniz. Yaxın ətrafınızdakı insanlarda özünüzlə bağlı xoş təəssürat yaradın. Ən müxtəlif sahələrdə fəaliyyət göstərməli olacaqsınız.

Günün ikinci yarısında uzun müddətdən bəri diqqətinizdən kənar qalan işi başa vurun. Əks cinslə ünsiyyətdə diqqətli olun. Sevdiyiniz insanın qayğılarını anlayın. Müsbət emosiyalar bəxş edin.

Xəbər lenti