Bakıda və Abşeron yarımadasında yanvarın 21-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 2-4, gündüz 7-11, Bakıda gecə 2-4, gündüz 8-10 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 767 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında yanvarın 21-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə şaxta, gündüz 0-4 dərəcə isti olacağı gözlənilir.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub