ABŞ-ın Milli Kosmik və Aviasiya İdarəsinin (NASA) alimləri fevralın 4-də yerli vaxtla saat 13:30-da orta böyüklükdə asteroidin Yer kürəsinin yaxınından keçəcəyini bildiriblər.
Mynews.az AZƏRTAC-a istinadən bildirir ki, diametri 0,5-1,2 kilometr arasında olan "2002 AJ129" asteroidinin planetimizə 4,2 milyon kilometr yaxınlaşması gözlənilir. Bu, Yer kürəsi ilə Ay arasındakı məsafədən 10 dəfədən çoxdur.
Yer kürəsinə ən yaxın olduğu zaman saniyədə 34 kilometr sürətlə boşluqdan keçəcək asteroidin indiyədək kəşf edilən ən sürətli səma cismi olduğu bildirilib.
NASA alimləri "potensial təhlükəli asteroid" kateqoriyasına daxil edilmiş göy cisminin gələcək 100 il ərzində Yer kürəsi ilə toqquşma riskinin olmadığını açıqlayıblar.
Xatırladaq ki, "2002 AJ129" asteroidi 2002-ci ildə kəşf edilib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub