QOÇ- sarı IT ilində Qoçlara bir balaca məsləhət. Ehtiraslı Qoçlar, bu aralar öz sevgi münasibətləriniz barədə heç kimə heç nə deməyin. Çünki münasibətləriniz barədə hamı danışsa, bu sevgilinizə çox pis təsir edəcək. Heç nədən dava-dalaş olacaq. Sizin temperamentimiz isə vəziyyəti daha da çətinləşdirəcək. Bundansa maraqlı gecələr yaşayın. Gücünüzü və temperamentinizi bu tərəfə yönəldin. Sizin sevgiliniz bundan daha çox xoşbəxt olacaq. Axı siz onun nə istədiyinizi bilirsiz? Amma bir məsləhət verim, yataq otağına keçəndə, telefonu dəhlizdə qoyun. Birdən ürəyinizdən video-zad çəkmək düşər, sonra dillərdən düşməzsiz ))
BUĞA- Oooooo, Buğalar yeni ildə sevgi içində üzəcəklər. Sizin bir, iki, hətta üç sevgiliniz olacaq. Amma siz yenə də sevgidən doymayacaqsız. Seksual həyatınız o qədər dolğun olacaq ki, başınızı qaşımağa vaxtınız olmayacaq. Amma siz yenə də, əsl sevgi axtarışında olacaqsız. Çalışın onu tapasız. Əks halda heç nədən zövq almayacaqsız. Sevin, sevilin. Bəzi Buğalar isə sevdiyi adamla bir yerdə biznesə, birgə işə başlayacaqlar. Bu sizin münasibətlərinizi daha isti edəcək. Təsəvvür edin, nahar fasiləsində, ikiniz bir otaqda qalacaqsız. Bir –birinizə dadlı anlar yaşadın. Yeni ildə yeni seksual təcrübələr qazanacaqsız. Seks sizin üçün yeni anlam kəsb edəcək. Ən ağlasılmaz seksual fantaziyalarınızı reallaşdıra bilərsiz.
ƏKİZLƏR- Bu il siz sevginin qanadlarında uçacaqsız. Romantik görüşlər sizin ağlınızı başınızdan alacaq. Əlbətdə ki, bu görüşlərin davamı ehtiraslı gecələrə çevriləcək. Sevgiliniz sizə o qədər bağlanacaq ki, imkan olan kimi hər anı sizinlə keçirməyə çalışacaq. Köhnə sevgilinizə isə şans verməyin. Rədd olsun! Onsuz da onunla yataqda bir gün görməmisiz. Bütün seksual enerjinizi yeni sevgilinizə yönəldin. Subay və tək Əkizlər isə hər yubkanın arxasıyca qaçacaqlar. Ay qardaş qaçmaqla deyil? Dvijeniya lazımdır. Bir qədər ağıl işlətsəz istədiyinizə nail olacaqsız.
XƏRÇƏNG-Siz eşq saçırsız. Seksuallığınız isə əks cinsin ağlını başından alacaq. Bundan istifadə etməmək isə ağılsızlıq olardı. Amma ehtiyatlı olun. Ehtirasdan ağlını itirən sevgiliniz sizi divara dırmaşdıracaq. Düşünün sizin bu oyunlara gücünüz çatacaq? Seksual gücünüzə diqqət edin. Onu xərclədikdən sonra saatınız 6-nı göstərəcək. Eyni hal qadınlara da aiddir. Ailəli Xərçənglər isə xoş sürprizlə qarşılacaqlar. Seksual həyatınız sizi çox sevindirəcək. Odur ki, çalışın evə tez gələsiz. Hə, bir də bu barədə heç kimə danışmayın. Gözə gətirərlər.
ŞİR-Şirlər həyatlarını sevgisiz təsəvvür edə bilmirlər. Nə etsinlər, onlar da belə yaranıblar. Eşq, sevgi, seks onlar üçün əsasdı. Lakin yeni il, İt ilində təhvil olduğu üçün bir az xodunuzu (sürətinizi) alın. Risk etməyə dəyməz. Bir gecəlik sevgilər sizi pis vəziyyətdə qoyacaq. Sonra həkimlərə pul tökməli olacaqsız. O da bilinmir, axırınız nə olacaq. Əgər sevdiyiniz adam varsa, o zaman bütün pulunuzu, sevginizi ona xərcləyin. Sevgiliniz isə diqqətinizin əvəzini mütləq ödəyəcək. Özü də istədiyiniz kimi. Bəzi Şirlər ailə qurmaq istəyəcəklər. Seçim edəndə seksual uyğunluğu nəzərə alın. Əks halda yataq otağından daha çox playstation zallarında vaxt keçirəcəksiz.
QIZ-QIZLAR, QIZLAR. Belə də özlərini o qədər sadə, ağıllı, təmkinli aparırlar ki, deyirsən İlahi, bunlar mələkdilər. Başınız üçün elə. Qızlar kimi seksual manyaklar yoxdur. Amma bir iş də var ki, Qızlar sevəndə çox sadiq olurlar. Bütün ehtiraslarını da ancaq sevdikləri adam üçün saxlayırlar. Bu il Qızlar əsl sevgi tapacaqlar. Bunun üçün evdə oturmayın. Tədbirlərə, ad günlərinə, hər yerə gedin. Ən gözləmədiyiniz məqamda ona rast gələcəksiz. Açığı ilk görüşdə seks mümkündür. Bu hər ikiniz üçün unudulmaz olacaq. ELə ki, bunu anladınız, onu əldən verməyin. Yoxsa bütün ömrü boyu peşman olacaqsız.
TƏRƏZİ-Bu il sizi talehyüklü görüş gözləmir. Odur ki, geninə-boluna kef edin. Həyat sizə gözəl. Amma ağlınızı söndürməyin. Özünü şübhəli aparan insanlarla intim münasibət qurmayın. Sonra sizi şantaj edə bilərlər. Özü də ən gözləmədiyiniz məqamda. Odur ki, sınaqdan keçmiş adamla olun. Əgər seksual həyatınız darıxdırıcı keçirsə, onda səyahət edin. Ən azı Kiyevə gedin. İndi deyəcəksiz, kişilər getdi, bəs qadınlar neyləsin? Qadınlar isə daha ağıllı tərpənsinlər. Tərəzilər sevdiyi insanı dərk etməyi bacarmalıdırlar. Onun yataqda nə istədiyini hiss etməlisiz. Yoxsa, seks kitabınız bağlandı. Sonra isə sevgiliniz Kiyevə gedəndə, ağlamayın. Günah özünüzdədir. Kişini ələ alın da.
Əqrəb – Siz hər şeyə nail olmağa öyrəşmisiz. Amma , bəzən hər şey siz deyən kimi olmur. Birdən ağlınıza istədiyinizi əldə etmək üçün yataqdan istifadə etmək keçər. Batarsız. İş naminə seks sizi alçaldacaq. Odur ki, seksi işdən ayrı tutun. Seks sizin şəxsi işiniz olmalıdır. Rəisinizlə seksual münasibətlər quran kimi onun quluna çevriləcəksiz. Çalışın səmimi münasibətlər üzərində qurulan münasibət yaşayasız. Bu sizə seksual cəhətdən güc verəcək. Hisslərinizə, ürəyinizə inanın. Saxta insanlardan uzaq olun. Keçmiş səhvlərinizi unudun və bunda heç kimi günahkar bilməyin. Sizi yeni həyat gözləyir. Eşq həyatınız yenidən başlayacaq.
OXATAN- Siz yeni münasibətlər istəyirsiz, amma bunun üçün heç nə etmirsiz. Heç olmasa idman etməyə başlayın. Bir bədəninizi formaya salın ki, sizə də meyl edən olsun. Yoxsa, seks-seks deməklə seks olmayacaq. Daha zirək olan Oxatanlar isə bu il geninə-boluna eşq yaşayacaqlar. Kef göydən gedəcək. Əgər yeni sevgi romanına başlamaq fikriniz varsa, o zaman daha cəsarətli olun. Lakin dilinizi bərk saxlayın. Kiminlə harda oldunuz, nə vaxt oldunuz. Bunun heç kimə dəxli yoxdur.
Sevgilisi olan Oxatanlar isə çalışın onu çox qısqanmayasız. Bir də görəcəksiz ki, başqasına qoşulub-qaçıb. Siz yataqda da daminantsız. Bu da sizə baha başa gələ bilər. Yataqda uzun müddət tək qala bilərsiz.
OĞLAQ- 2018-ci ildə siz dəhşətli dərəcədə aşiq olcaqsız. Heç kim, heç nə gözünüzdə olmayacaq. Elə sevəcəksiz ki, elə bil bu adamdan başqa heç kim yoxdu. Amma nəzərə alın ki, bu dərəcədə aşiq olmaq sizin səhhətinizə pis təsir edə bilər. Bir qədər göylərdən enin. Seksual cəhətdən hər şey qaydasında olacaq. Amma arada bir nəfəs də alın. Yoxsa nəfəsiniz kəsiləcək. Unutmayın ki, həyatda yataqdan başqa maraqlı işlər də var. Məsələn sevgilinizlə teatra, kinoya gedin. Liftdə tək qalanda öpüşün. İş yerində seks isə hər ikinizə unudulmaz anlar bəxş edəcək. Bircə əmin olun ki, ofisdə heş kim yoxdur, kameralar da sönülüdür.
DOLÇA – klassik janrdan uzaq olun. Daha maraqlı yerlərdə görüş təyin edin. Məsələn əgər evlisinizsə, arada cavanlığınızı yada salın. Otelə gedin. Ya da iki günlük eşq məcarəsı yaşamaq üçün hansısa rayona üz tutun. Bu sizin münasibətlərinizə yeni çalarlar qatacaq. Amma bozun əlli çaları sizlik deyil. İnanmıram ki, sevgiliniz seksin bu növünü bəyənsin. Subay Dolçalar isə ilk baxışdan vurulacaqlar. Çox tez inkişaf edən münasibətlər tezliklə otel otağına gətirib çıxaracaq. Bu isə əladır. Deməli o da, sizi arzu edir. Sizi istəyir. Kor nə istər?. Lakin onun seksual arzularını da nəzərə alın. Unutmayın ki, siz yataqda tək deyilsiz.
BALIQLAR- siz elə sevgi oyunları qurursuz. Sizin torunuza kimlər düşməyib ki? Bir deyil, iki deyil. Seksual baxımdan isə ən müxtəlif zövqləri oxşaya bilirsiz. Siz mükəmməl sevgilisiz. Yüksək intellektiniz yataqda da öz bəhrəsini verir. Evli Balıqlar bu il maraqlı seksual anlar yaşayacaq. Tərəf müqabiliniz sizi ələ almağa nail olacaq. Bunun sayəsində siz daha kənara sevgi dalınca qaçmayacaqsız. Onun sizə bəxş etdiyi gecələrdən razı qalacaqsız. Subay və tənha Balıqlar isə bir qədər əziyyət çəkməli olacaqlar. Çünki, göydən heç nə düşmür. Heç kim də sizinlə ilk görüşdən sonra yatağa uzanmayacaq.