Günün qoroskopu ünsiyyətdə aktiv olun

834
Günün qoroskopu ünsiyyətdə aktiv olun

Qoç - Mədəniyyət, incəsənət və ya dinə maraq artacaq. Yarımçıq işləri bitirməyə cəhd göstərin. Tələsik qərarlar verməyin. Yeni, orijinal və maraqlı ideyalar yarana bilər. Səfər, səyahət uğurlu alınacaq.

Günün ikinci yarısında müstəqillik, asudəlik istəyi arta bilər. Öz maraqlarınızı ön plana çəkərək yaxınlarınızın mənafelərini qulaq ardına vursanız, ciddi problemlərlə qarşılaşacaqsınız. İxtilaf və mübahisə də ola bilər. Özünüzü ələ alın.

Axşam saatlarında stressdən qurtulun.

Buğa - Maliyyə, sığorta, vergi və əmlakla bağlı məsələlərin həlli üçün münasib zamandır. Yaxın gələcəklə bağlı strategiyanı müəyyənləşdirin. Nikbin olun, sağlam məntiqi unutmayın. Yaxın ətrafınızdakı insanlarla təmaslarda təşəxxüslü, eqoist insan təsiri bağışlamayın.

Okkultizm, paranormal olaylar barədə məlumatlara marağınız arta bilər.

Ailə işlərinə və məişət qayğılarına vaxt ayırın. Yaşam arealını qaydaya salın, səliqəli olun. Yaxınlarınızı sevindirin.

Axşam saatları ünsiyyət, qonaq qəbul etmək üçün əlverişlidir.

Əkizlər - Məhsuldar, əlverişli zamandır. Kreativ olun, yeni tərəfdaş və ya şəriklər qazanmağa çalışın. Cari layihələri başa vurmamış yeni işə başlamayın. Maddi durumunuzu yaxşılaşdırmaq üçün gəlir mənbələrinin sayını və formasını artırmağa can atın.

Günün ikinci yarısı maliyyə məsələləri və hüquqi işlər üçün əlverişli zaman deyil.

Yaxınlarınız istəklərinizi dəyərləndirməlidirlər. Qayğıkeş, səmimi olun. Ailə üzvləri ilə təmaslarda harmoniyaya səy göstərin. Səhhətinizin qeydinə qalın. İdmanla da məşğul ola bilərsiniz.

Xərçəng - Adi günlərdən fərqli olaraq görüləsi işlərin sayı çoxdur. Diqqətli olun, önəmsiz məsələlərə fikrinizi yayındırmayın. Danışıqlar və zənglər vaxtınızı almasın. Səhhətinizin qeydinə qalın.

Nəyisə təcili almaq istəyəcəksiniz.

Günün ikinci yarısında yaşanan olaylarla bağlı tələsik qərar verməyin. Fəaliyyət prosesini kontrol altında saxlayın.

Romantik görüş zamanı deyil. Kobudluq və aqressivlik sizi pəjmürdə edə bilər.

Rasionunuza fikir verin. Mədənizdə ağrılar istisna deyil.

Şir - Əmlak və maliyyə məsələlərinin çözümünə elə səhər saatlarından başlayın. Fəal olun, süst davranmayın. Rəqiblərin sizi qabaqlamalarına imkan verməyin. Yetərincə riskli kommersiya əməliyyatından gəlir əldə edə bilərsiniz.

Yaradıcılıqla məşğul olan insanlar üçün münasib zamandır.

Günün ikinci yarısında yaşam arealında yenilənməyə başlayın. Sirlərinizi kimsə ilə bölüşməyin. Əks təqdirdə şayiə və ya dedi-qodu obyektinə çevrilə bilərsiniz.

Axşam saatlarındakı tanışlıq xoş anlar vəd edir.

Qız - Günün ilk yarısında fiziki işlə məşğul ola bilərsiniz. Problemlərin həllinə yaradıcı yanaşın. Səfər və səyahət üçün əlverişli zamandır. Ətrafınızdakı insanlarla mübahisə etməyin. Fikir ayrılıqları və anlaşılmazlıqları asanlıqla aradan qaldırmaq olar.

Günün ikinci yarısında iradəli, cəsarətli olun. Ağır vəziyyətə düşmüş yaxınınıza yardım edin. Ailədəki münasibətlər harmonik olacaq.

Axşam saatlarında dostlar qonaq gələ bilərlər.

Tərəzi - Əvvəlcədən hazırladığınız planlar alt-üst ola bilər. Ruhdan düşməyin, bədbinliyə qapılmayın. Yeni problemlər həm də yeni təcrübə imkanıdır. Çevik, mütəhərrik olun. Ünsiyyətlərdən faydalanmağı bacarın.

Günün ikinci yarısında ailə işləri və məişət qayğılarının sayı artacaq. Münaqişələrə qatılmayın. Axşam saatlarında sakit şəraitdə istirahət etmək pis olmaz.

Normal istirahət etməyə çalışın.

Əqrəb - Maddi məsələlərlə bağlı problemlərin sayı artacaq. İşgüzar fəaliyyətinizdə hisslərə əsir düşməyin. Praqmat davranın. Bilik və bacarıqlarınızdan praktiki şəkildə yararlanın. Alış-verişdə bədxərclik etməyin.

Günün ikinci yarısında diqqətinizi önəmsiz məsələlər yayındırmasın. Eqoist olmayın. Çətin situasiyadan çıxış yolunu arayın. Yaxınlarınızla ünsiyyətdə səmimi davranın, onların qayğılarından hali olun. Nəyə ehtiyac duyduğunuzu dəqiq müəyyənləşdirin.

Oxatan - Günün ilk yarısında səyahətə yollanmaq, yola çıxmaq olar. Yeni yerlər yeni təəssüratlar vəd edir. Yaxın ətrafınızdakı insanların istəklərini anlayın, onları qayğılandıran məsələləri görməyə çalışın. Ünsiyyətdə olduğunuz insanlara fikir verin. Düşünülməmiş addımlar qanun pozuntusu ilə sonuclanmamalıdır.

Günün ikinci yarısında yeni təmaslar, danışıqlar və görüşlər olacaq. Rasionunuza fikir verin. Səhhətinizə ziyan vuracaq həddə çatası addımlar atmayın.

Axşam saatlarında intoksikasiya riski var.

Oğlaq - Yaradıcılıq fəaliyyəti üçün yaxşı gündür. Ünsiyyətdə aktiv olun. Kommunikativ imkanlarınızı artırsanız, yeni dostlar qazana bilərsiniz. Amoral, mənəviyyatsız insanlardan uzaq durun.

Günün ikinci yarısında yeni tanışlıqların perspektivi olmayacaq. Bir qədər tənha qalmaq, müstəqil fəaliyyət göstərməkdə xeyir var. Qətiyyət və iradə məhsuldar nəticələr verə bilər.

Macəra axtarışları, sərgüzəşt istəkləri ailə üzvlərinizlə aranızda problemlər yarada bilər. Romantik hisslərə aldanmayın. Sizdən sui-istifadə etmək istəyən var. Yalanlara inanmayın.

Dolça - Qarşınıza qoyduğunuz məqsədə sürətlə irəliləmək üçün yaranmış situasiyadan istifadə edin. Sosial statusunuzu yüksəldin, gərəkli insanlarla ünsiyyəti aktivləşdirin. Kollektiv fəaliyyət daha yaxşı nəticələr verə bilər. Yeni ideyalar və fikirlərin mübadiləsinə önəm verin.

Günün ikici yarısında problemlərin həllində sayıq olun. Yenilənmə pis deyil.

Axşam saatları dostlarla görüş, yeni ideyaların müzakirəsi üçün əlverişlidir. Romantik təmaslar istəyi varsa, tələsməyin.

Balıqlar - Kommersiya fəaliyyəti üçün əlverişli zamandır. Maraqlı ideyalardan birini reallaşdırmaq üçün imkanlar yaranır. İş yerlərində həmkarlarınızla kobud danışmayın, rəhbərliyin göstərişlərini yerinə yetirməyə çalışın.

Aqressivlik işlərə mənfi təsir edəcək.

Günün ikinci yarısında qayda və intizam məsələləri ön planda olmalıdır.

Axşam saatlarına yaxın əhvalınız pisləşə bilər. Xroniki ağrıların kəskinləşməsi istisna deyil. Romantik görüş və ya insanların gur olduğu tədbir üçün yaxşı zaman deyil.
 

Xəbər lenti