Günün qoroskopu yetərincə məhsuldar gündür

987
Günün qoroskopu yetərincə məhsuldar gündür

Qoç - mühüm işə başlamayın, ciddi layihələr barədə düşünməyin. Başladığınız işləri bitirin. Aldığınız təklifləri dəyərləndirin. Düşünülməmiş, tələsik addımlar atmayın. Sonradan yerinə yetirilməsi çətin öhdəliklər götürməyin, vədlər verməyin.
Alış-veriş üçün əlverişli gün deyil. Əyləncə və nəzərdə tutulmamış səfərlərə çox pul xərcləməyin.Yaxınlarınız üçün yaxşı hədiyyələr seçin.

Buğa - mənfi təmayüllərin hadisələrə təsiri artır. Bu səbəbdən də planlaşdırdığınız işlər istədiyiniz təki alınmır. Hər şeyə rəğmən qarşınıza qoyduğunuz məqsədlərdən imtina etməyin. Dostlar və tərəfdaşlar arasında sizə yardım edənlər tapılacaq. Xoşagəlməz təsir bağışlasa da, sizi düşünülməmiş addımlardan saxlayacaq məlumat alacaqsınız.
Maliyyə durumu yaxşı deyil. İtkilər ola bilər. Qarətə məruz qalma riski mövcuddur. Yaxınlarınızla bəzi fikir ayrılıqları və ixtilaflara rəğmən münasibətləri qorumağa çalışın.

Əkizlər - ciddi işləyərək süstlük və astagəllik etməsəniz, uğurlu gündür. Soyuqqanlı və təmkinli davranış danışıqlar, sövdələşmələr və müzakirələrdə irəliləyişin rəhnidir. Yaxın ətrafınızdakı insanların maraqlarını nəzərə alaraq münaqişələrə yol verməyin.
Səylərinizin hamısı yaxşı nəticələr vermir. Bəzi hallarda nəticə və ya ödənişi gözləməli olacaqsınız.
Şəxsi münasibətlər üçün yaxşı gündür. Dostlarla görüş və romantik təmas yaxşı alınacaq. Axşam saatlarını aktiv istirahətə həsr edin.

Xərçəng - qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün səy göstərin. Həmişə istədiyiniz olmur. Ruhdan düşüb pərişan qalmayın, başladığınız işi yarımçıq qoymayın. Təslim olmayın. Müsbət təmayüllərin təsiri saatlar keçdikcə artacaq. Yaşam normal axara düşür.
İşiniz və ya fəaliyyət göstərdiyiniz sektorla bağlı mühüm informasiya ala biləcəksiniz. Əldə edilmiş informasiyadan mümkün qədər tez yararlanmaq gərəkdir. Qətiyyətli və sürətli olun.
Şəxsi münasibətlər harmonikdir. Yaxınlarınızla təmaslarda həssas olun.

Şir - aldığınız işgüzar təklifləri ciddi dəyərləndirin. Həmin təkliflər qarşınızda yeni üfüqlər açır. Karyera müstəvisində irəliləmək, maliyyə durumunu yaxşılaşdırmaq imkanları var.
Potensial iş yeri sahibi ilə danışıqlar pis keçir. Tərəfdaşla müzakirələrdə sayıq və həssas olun. Qarşı tərəfdə gərəkli təəssürat yaratmaq üçün səy göstərin. Aqressiv və köntöy davranmayın.
Həddən artıq işləməyə can atmayın. Bütün bunlar səhhətinizdə problemlər yaradaraq xroniki ağrıların kəskinləşməsinə səbəb ola bilər.
Mənfi reaksiyaların riski böyükdür.

Qız - məhsuldar iş üçün əlverişli gündür. Gərəkli, can atdığınız nəticələri əldə etmək üçün çox çalışmağınız lazımdır. Aktiv olun, səyləriniz boşuna getməyəcək. Ödül uzaqda deyil. Rəqibləri üstələmək və onları geridə qoymaq üçün hiyləgərlik edin.
Fəndiniz aşkarlanmayacaq. Birgə planların gerçəkləşdirilməsində çətinliklər yarana bilər. Hər kəs öz maraqlarını güdür, kimsə ən kiçik məsələdə güzəştə getmək istəmir. Aqressiv və sərt davransanız, ailədə ixtilaflar yarana bilər.

Tərəzi - xoşagəlməz və darıxdırıcı işləri təxirə salaraq ən mühüm işlə məşğul olsanız, yaxşı nəticələr əldə edəcəksiniz. Mühüm işgüzar görüşü günün ikinci yarısına təyin edin. Maliyyə və peşəkar fəaliyyətlə bağlı məqamları nəzərdən keçirin. Əməkdaşlıq şərtlərini müzakirə edin.
Günün ikinci yarısında səhhətinizdə problemlər yarana bilər. Uzaq səfər və ya səyahət, habelə çox diqqətli davranış tələb edən iş üçün münasib zaman deyil.
Təmasları azaldın, ünsiyyət çevrəsini məhdudlaşdırın. Sizi yaxşı anlayan insanlarla söhbətləşin.

Əqrəb - yaradıcı yanaşma və qeyri-standart düşüncə tələb edən işlər üçün əlverişli zamandır. Rutin, yeknəsək işlər ağır, yorucu təsir bağışlayır. Bu işləri mümkün qədər tez başa vurmaq lazımdır və ona görə tanışları, tərəfdaşları, iş yoldaşlarını işə cəlb edin.
Alış-veriş üçün yaxşı gün deyil. Zərurət olmayan əşyalar almayın.
Yaxınlarınızla ünsiyyət sizi sevindirəcək. Dost məclisi və romantik görüş yaxşı keçəcək.
Yeni tanışlıqlar xoşdur. Amma səy göstərməsəniz, onlar ciddi münasibətlərə çevrilməyəcək.

Oxatan - kifayət qədər maraqlı, amma məhsuldar olmayacaq gündür. Hadisələrin önəmi kiçikdir. Əldə etdiyiniz nailiyyətlər böyük deyil. İşgüzar məsələlərlə bağlı təmaslarda, danışıqlarda problemlər yarana bilər. Bu günədək sizi dəstəkləyən insanlar indi laqeyd davranırlar. Onlar sizi sərt tənqid edirlər.
İzafi xərclər maliyyə çətinliklərinə səbəb ola bilər.
Ailədə fikir ayrılığı istisna deyil. Münaqişəyə yol verməməyə çalışın.
Axşam saatlarını ailə üzvləri ilə birlikdə keçirin.

Oğlaq - uğurlu və əlverişli gündür. Məşğul olduğunuz işdə əhəmiyyətli irəliləyişə nail ola bilərsiniz. Önəmli saydığınız məsələni diqqətdə saxlamağı unutmayın. Peşəkar fəaliyyətinzlə bağlı sizi maraqlandıran suallara cavab arayın. Yaxın gələcəklə bağlı planları qurmaq üçün ehtiyac duyulan informasiyaya malik olmağa çalışın.
Yaşam potensialının səviyyəsi yüksəkdir. Yeni maraq və prioritetlər yaranır. Yeni bilik, təcrübə, informasiya əldə etmək şansını qaçırmayın.

Dolça - yaşam potensialının səviyyəsi aşağıdır. Əvvəlki günlərdən fərqli olaraq daha tez yorulursunuz. Bu səbəbdən də mürəkkəb və yorucu işlər planlaşdırmayın. Başladığınız işlərin miqyasını bir qədər məhdudlaşdırın. Təcrübəli insanın məsləhətlərindən yararlanın.
Günün ikinci yarısında maraqlı ideyalar yaranır. Onları sınanmış tərəfdaşlar və dostların vasitəsilə həyata keçirə bilərsiniz.
Peşəkar fəaliyyətinizlə bağlı təkliflər alacaqsınız.

Balıqlar - yetərincə məhsuldar gündür. Başladığınız bütün işlərdə sürətlə uğura nail olmağa çalışın. Metod və vasitələriniz qeyri-adi olduğundan ətrafınızdakılar təəccüblənəcəklər. İntuisiyanız güclü olmalıdır. Hissiyatınızı qulaqardına vurmasanız, karyera müstəvisində irəliləyəcək, faydalı anlaşmalara nail olacaqsınız. Əhəmiyyətli gəlir əldə edə bilərsiniz.
Yaşam potensialının səviyyəsi yüksəkdir. Səhhətinizdə problemlərin yaranmasını düşünməyin. İdmanla məşğul olun, aktiv davranın.
Alış-veriş üçün pis gün deyil.

Xəbər lenti