Bürclər 24 YANVAR

810
Bürclər 24 YANVAR
Qoç - diqqətli, sayıq, zərbəyə hazır vəziyyətdə olun. Yaxın ətrafınızdakı insanların davranış motivlərini anlamağa çalışın. İş yoldaşları ilə münasibətlərdə çıxış yolunun aranmasına ehtiyac duyulan situasiya yarana bilər.
 
Buğa - problemi olacaq. Səbəb mövzu ilə bağlı olmaya da bilər, mümkündür. Amma nəticədə araşdırma, münasibətlərin aydınlaşdırılması, günahkarlar axtarışı istisna deyil.
 
Əkizlər - səbr edin. Ətrafınızla münasibətləri rahat və əlverişli məcrada saxlamaq şərtilə ilə fayda və mənfəətinizi qorumağa çalışın. Hesabları ödəyin, ailə üçün xoş işi görün. Bir qədər dincəlin.
 
Xərçəng - mühüm saydığınız məlumatı nəzarət altında saxlayın. Dostlar önəmlidir, amma onlara qarşı sizin iddialarınız var. Dost xətrinə dəyməmək üçün ehtiyatlı olun.
 
Şir - qüvvənizi boş işlərə xərcləməyin və əsas məqsədə doğru qətiyyətlə irəliləyərək işi görün. Uzunmüddətli situasiya indi formalaşmağa başladığından işləyən nəsnələri gücləndirin, amma yaxın ətrafla dramatik münasibətlərə səbəb olmayın.
 
Qız - əhvalın dəyişməsi, yaxınlarınızla münaqişə və arzulanan nəsnənin əldə olunmasında səbirsizlik mümkündür. Bu gün informasiya çox olacaq.
 
Tərəzi - hissiyatınız sizə doğru yolu göstərəcək. Borcu qaytarın, nasaz və gərəksiz əşyalardan qurtulun. Evdə səliqə, qayda yaradın.
 
Əqrəb - köhnə problemləri yada salaraq qarşılıqlı ittihamlar və umu-küsüyə səbəbkar olmayın. Həddən artıq sentimental davranmayın, uğura aqressiv şəkildə can atmayın.
 
Oxatan - gərgin, dinamik, aktiv gündür. İndi bir çox situasiyalar aktiv şəkildə dəyişir. İstək və ya tələbat varsa, təşəbbüskar olun. Şəxsi münasibətlərdə müəyyənləşməyə, təfərrüatların konkretləşdirilərək dəqiqləşdirilməsinə çalışın.
 
Oğlaq - ailə üzvlərinizi qayğılandıran, onları narahat edən məsələlərə diqqət yetirin. Açıq danışın, ümumi məqsəd və maraqları aşkarlamağa çalışın.
 
Dolça - dəyər verdiyiniz insanların yolunu keçməyin. Çətin vəziyyətdə olan və yardım istəyən insana kömək edin. İşlərinizdə qayda, intizam yaradın, daxili harmoniyaya nail olun.
 
Balıqlar - yaradıcı, aktiv insanlar üçün maraqlı gündür. Hiss və həyacan çox olacaq. Emosional sınaqlar vaxtıdır. Oyun qaydalarını indi siz diqtə edirsiniz. Lakin yaxın ətrafınızdakı insanlar tərəfindən doğru anlaşılmanıza səy göstərin.

Xəbər lenti