Qoç – Bu gün özünüzün və yaxınlarınızın təhlükəsizliyi barəsində düşünün. Kiminsə travma almaq ehtimalı var. Özünüzə inam hissini itirirsiniz. Birdən – birə bir neçə işin qulpundan yapışıb onu sona çatdıra bilirsiniz. Gözlənilməz hadisələr evdə ciddi münaqişələrə səbəb ola bilər.
Buğa – Bu gün istənilən fiziki yüklənmədən zövq alacaqsınız. Yığılmış gərginliyi üstünüzdən ata biləcəksiniz. Bir çox buğalar emosionallıqları ilə fərqlənəcək. Doğmalarınıza baş çəkin. Yaradıcı insanlar üçün uğurlu gündür.
Əkizlər – Bu gün sizi həyəcanlandıran məsələ gözünüzdə dağ kimi böyüyəcək. Axşam üstü gözəllik salonuna baş çəkin. İdman məşqləri zədə almaqla nəticələnə bilər. Sevgi və ailə münasibətlərində uğur gözlənilir.
Xərçəng – Hakimiyyət nümayəndələri ilə danışıqlar üçün yaxşı gün deyil. Biznes üzrə köhnə tərəfdaşınızdan gözlənilməz təklif alacaqsınız. Öz doğruluğunuza ətrafdakıları əmin edə bilsəniz uğur sizinlə olacaq. Axşamüstü balacaları maraqlı kitab və ya oyuncaqla sevindirin.
Şir – Bu gün emosional yüksəlmə gözlənilir, amma ağıllı düşünün, özünüzü itirməyin. Müdriyyətlə söhbət zamanı ölçüləri itirməyin. Günün sonunda hadisələr gözlənilməz istiqamət alacaq, diqqətli olun, hər şey nəzarətdən çıxa bilər. Səhhətinizlə və ev təsərrüfatınızla məşğul olun.
Qız – Bu gün dözümlülük və müdriklik göstərin. Çoxlu təxirə salınmaz işlər meydana çıxacaq və bunların həlli sizin xeyrinizə olmayacaq. Bu günə ciddi işlər və görüşlər planlamayın. İşgüzar danışıqları təxirə salın.
Tərəzi – Bu gün sizə qiymətli hədiyyə gələ bilər. Verdiyiniz borclar geri qayıdacaq. Ətrafınızdakı insanları duymaq üçün intuisiyanız güclənəcək. Xoşagəlməz hallardan uzaqlaşmaq üçün bəzi tanışlarla ünsiyyət formanızı dəyişməli olacaqsınız. Gözlənilməz hallar evdə ciddi münaqişələrə səbəb ola bilər.
Əqrəb – Bu gün öz yalanlarınızın və xəyallarınzın təsiri altına düşə bilərsiniz. Vergi, rüsum, gəlirlərin paylanması məsələləri aktuallaşacaq. Köhnə problemlərin həlli üçün yaxşı gündür. Dostlarınızın məsləhəti köməyinizə gələcək. Yaradıcı adamlar üçün yaxşı gündür.
Oxatan – Bu gün həddən artıq əsəbi olacaqsınız. Məhsuldar iş günü olacaq. Həkimə gedəcəksiniz və yazılan reseptlər sağlamlığınız üçün önəmli olacaq. Sevgi və ailə münasibətləri uğurlu olacaq.
Oğlaq – Bu gün istənilən mürəkkəb işin öhdəsindən gələcəksiniz. Sevgi görüşü üçün yaxşı gün deyil. Təxirə salın. Əsəb gərginliyi əsasında xroniki xəstəliklərin kəskinləşməsi gözlənilir. Axşam üstü uşaqlarınızı sevindirməyə çalışın.
Dolça – Bu gün sevgi münaqişləri, həyəcanlar, narahatlıqlarla dolu gün olacaq. Maddi sıxıntılarınız olacaq. Sevdiyiniz insanla görüş zamanı söz – söhbət ayrılığa qədər aparıb çıxara bilər. Özünüzlə məşğul olun.
Balıqlar – Həmkarlarınızla, qohumlarınızla ünsiyyət üçün yaxşı gün hesab olunur. Evdəki gərginliyi aradan qaldırmaq üçün dostlarla görüşəcəksiniz. Əməkdaşlıq sizə mənfəət və sərfəli işgüzar əlaqələr yaratmağa kömək edəcək. İşgüzar söhbətləri sabaha saxlayın.