Günün ulduz falı 21 may, 2018

1292
Günün ulduz falı 21 may, 2018

Qoç – Bu gün gələcək işgüzar təklifi dərhal qəbul etməyin. Maliyyə uğurları gözlənilir. Əks cinslə münasibətdə xoşagələn məqamlar olacaq. Bank işçilərinin işləri yaxşı gedəcək.

Buğa – İncəsənətlə məşğul olmaq üçün yaxşı gündür. Biznes planları qurmayın. Bu gün fikirləriniz dağınıq olacaq. Axşamı yaxın insanla şam işığında keçirmək ehtimalı var. Gizli sevgi macəranız həmkarlarınıza məlum olacaq. Elektrik cihazları ilə ehtiyatlı olun.

Əkizlər – Vacib dəyişikliklər və yeni xəbərlər gözlənilir. Mülkiyyət məslələri ilə bağlı söhbətlərə girməyin. Yediyinizə diqqət edin. Evlilik qərarı almağın tam zamanıdır.

Xərçəng – Qərarlar alacaqsınız. Mədənizdə ağrı hissi ola bilər. Sizə ümid verən görüşlər gözlənilir. Zəhərli maddələrlə ehtiyatlı olun, dərman qəbul edərkən ölçü həddini itirməyin.

Şir – Bu gün böyük alış – verişlər üçün yaxşı gün deyil. Uşaq sahibi olmaq istəyənlər üçün yaxşı başlanğıc ola bilər. Köhnə borcları ödəyəcəksiniz. Milion udmaq üçün şans günüdür. İşgüzar aktivliyi yüksəldin.

Qız – Bu gün sevgi və uğur vəd edir. Maraqlı tədbirlər olacaq. Bu gün xoşagəlməz hadisələrə çox da baş qoşmayın. Yeni tanışlıqlar və səfər gözlənilir.

Tərəzi – Maliyyə itkiləri gözlənilir. Dostlar teatra və ya kinoya dəvət edə bilər. Yeməyinizə diqqət edin. Kəskin ədviyyatlardan uzaq durun. Bank işçiləri üçün yaxşı gündür.

Əqrəb -Bu gün hadisələrlə zəngin olacaq. İşlərinizə diqqət yetirin. Yol verdiyiniz ən kiçik xəta böyük maliyyə itkilərinə səbəb ola bilər. Elektriklə ehtiyatlı olun.

Oxatan – Bu gün bütün işlərdə uğur və xoşagəlməz xəbər gözlənilir. Əməkdaşlıq tələb edən işlərdə fərdi qərarlar verməkdən çəkinin.

Oğlaq – Uğurlu gündür. Maliyyə məsələlərinə diqqət yetirin, istəmədiyiniz xərclər çıxa bilər. Doğmalarınıza baş çəkin. Yersiz mübahisələrə girməyin. Dostlarınızın dəvətini qəbul edin, axşam üstü əyləncəli saatlar gözlənilir.

Dolça – Ailə böyükləri ilə ünsiyyət üçün yaxşı gün deyil. Öz bildiklərini israr edib qanınızı qaraldacaqlar. Kişilərdən bu gün xüsusi cəsurluq tələb olunacaq. Başqalarının qüsurlarına lağ etməyin, yoxsa günün sonuna qədər tək qalacaqsınız. İşgüzarlığınız artacaq.

Balıqlar – Bu gün iradəniz yüksək olmalıdır. Qərar verməzdən öncə çox düşünün. Emosional gərginlik gözlənilir. Dövlət qurumlarına müraciət edərkən sakitliyinizi qoruyun. Uğurlu tanışlıq və səfər gözlənilir.

Xəbər lenti