Bakı və Abşeron yarımadasında iki gündür müşahidə olunan tozun miqdarı bir qədər də artacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin son 2 gün ərzində apardığı monitorinqlərin nəticələrinə əsasən, Bakıda və Abşeron yarımadasında havada olan tozun miqdarının sanitar normadan artıq olduğu müəyyən edilib. Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Sputnik Azərbaycan-a bildirib ki, buna səbəb Ərəbistan səhralarında müşahidə olunan toz burulğanının atmosferin yuxarı təbəqələrinədək qalxmasıdır. "Bu toz hissəcikləri atmosfer axınları ilə, əsasən də cənub, cənub-qərb axınları vasitəsilə Azərbaycana da gəlib. Bildiririk ki, əlverişsiz meteoroloji şəraitlə bağlı 14 mart 2017-ci il tarixində atmosfer havasında tozun miqdarının bir qədər də artacağı və prosesin martın 15-dən zəifləyəcəyi ehtimal edilir" — deyə o vurğulayıb.
1
Dövlət Vergi Xidmətinin Aparatının strukturu dəyişib
562 dəfə oxunub
2
Nazir “Napoli” - “Qarabağ” oyununu stadiondan izləyib
535 dəfə oxunub
3
Təhsil infrastrukturu yenilənməyə davam edir - FOTOLAR
511 dəfə oxunub
4
Polkovnik faciəli şəkildə öldü
507 dəfə oxunub
5
Şəhid hərbçinin övladı faciəli şəkildə öldü - TƏFƏRRÜAT
498 dəfə oxunub