“Metereoloji şəraitlə bağlı olaraq bu gün gecə və sabah səhər saatlarında Türkmənistandan Azərbaycana toz dumanı gələcək. Toz dumanı artıq Xəzər dənizinin üzərindədir. Günün ikinci yarısından sonra toz dumanı hava axını ilə birlikdə ölkə ərazisinə daxil olacaq”. Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova deyib.
O bildirib ki, Ərəbistandan gələn toz dumanı artıq ölkənin üzərindən çəkilib.
M. Avazova qeyd edib ki, Bakı və Abşeron yarımadasında müşahidə olunan tozun miqdarı normadan çoxdur: “Elə də kritik vəziyyət olmasa da, sadəcə ürək-qan damar sistemində problem olan insanların belə havada qapalı şəraitdə olmaları daha əlverişlidir”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub