Dəhşətli SOYUQLAR GƏLİR Yer nəhəng buzlağa çeviriləcək - ALİMLƏRDƏN XƏBƏRDARLIQ

779
Dəhşətli SOYUQLAR GƏLİR Yer nəhəng buzlağa çeviriləcək - ALİMLƏRDƏN XƏBƏRDARLIQ

Yer kürəsində 5-ci buz dövrü başlayır.

Mynews.az xəbər verir ki, bu barədə geologiya-minerologiya elmləri doktoru Vladimir Polevanov Rusiya mətbuatına bildirib. Onun sözlərinə görə, planetdə bu günə qədər baş vermiş dörd buz dövrünün beşincisi də əvvəlkilər kimi bir çox ərazilərdə həyat əlamətini donduracaq. İlk donanlardan isə Şimali Amerika və Kanada olacaq. ABŞ və Kanadada qeydə alınmış dözülməz şaxtalar buna nümunədir. Əlamətlər artıq ötən qış mövsümlərində özünü büruzə verib. Hər iki ölkədə qışda havanın hərarəti normadan 7 dərəcə aşağı düşüb. Ən əsası Kanadada yerləşən Lavrenti buzlağının həcmi artıb. Bütün buzlaşma dövrləri də bu ərazidən qaynaqlanıb. Alim bildirir ki, 1000 ildən sonra Skandinaviyada yerləşən buzlaqlarının həcmi artacaq və Peterburqa qədər ərazilər buzlanacaq. 8-10 min il sonra Moskvanın ərazisində nəhəng buz “səhra” yaranacaq.

“Təbii fəlakətlər, xüsusilə də qışın çox sərt keçməsi həmişə olub. Amma son dövrlərdə isti ərazilərdə gözlənilmədən qar yağması, nəinki şimal ölkələrində, hətta cənubda da qışın sərt keçməsi öz sözünü deyir. “Avropanın sobası” adlanan isti Qolfstrim axının donması təhlükənin həddini açıq-aydın göstərir. Bu axın Meksika körfəzindən qaynaqlanan, Karib dənizində isinib keçərək 50 milyon kubmetr isti suyu Avropaya daşıyır. Onun gücü atom stansiyasına bərabərdir! İndi təsəvvür edin ki, belə bir təbii soba donur”, - deyə alim vurğulayıb.

Yeri gəlmişkən, 2002-ci ildə Hollivudda “Buz dövrü” adlı cizgi filmi çəkilmişdi. Film təkcə uşaqların deyil, böyüklərin də xoşuna gəldiyindən silsilə şəkildə bölmələri ərsəyə gəldi. Cizgi filmində qeyd olunurdu ki, Yer kürəsində buzlaşma başlayır və öldürücü soyuqlardan qorunmaq üçün hamı cənuba doğru tələsir. Alimlər isə filmin yaradıcılarını öngörücülər adlandırırlar. Çünki yaxın gələcəkdə, həqiqətən də insanların cənub ölkələrinə axınının başlanacağını güman edirlər.

Qeyd edək ki, hələ 2005-ci ildə Londonda iqlim dəyişikliyi ilə bağlı elmi konfrans keçirilmişdi. Həyəcan siqnalı verilmişdi ki, XXI əsrin ortalarında Qolfstrim axını tamamilə donacaq. Konfransdan sonra Qolfstrimin monitorinqinə Böyük Britaniya 200 milyon funt, ABŞ isə 400 milyon dollar ayırmışdı. Amma 2010-cu ilin aprelində Meksika körfəzində yerləşən neft platformasında güclü yanğın baş vermişdi. Bu yanğının qəza deyil, bilərəkdən törədildiyi iddia olunurdu. İtaliyan fizik doktor Zanqari bu hadisəyə “Planetin iqliminin kardiostimulyatorunu məhv etdilər”, - deyə açıqlama vermişdi.

V.Polevanov xatırladır ki, hələ 1300-cü ildə Qolfstrimdə belə buzlaşma baş vermişdi və insanlar bir əsr yarım dəhşətli soyuqlardan əziyyət çəkmişdilər: “İndi isə tarix təkrarlanır. Amma bunun nə qədər davam edəcəyi və ya əbədi olub-olmayacağını isə demək mümkün deyil”.

Xəbər lenti