Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Mynews.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Gündüz dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 2-5° isti, gündüz 8-11° isti, Bakıda gecə 3-5° isti, gündüz 9-11° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək.
Nisbi rütubət gecə 85-95 %, gündüz 60-70 % təşkil edəcək.
Tibbi-meteoroloji proqnoz
Martın 17-18-də Abşeron yarımadasında nisbətən dəyişkən hava şəraiti bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz əksər rayonlarda əsasən yağmursuz. Ayrı-ayrı yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1-6° isti, gündüz 9-14° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-7° isti olacağı gözlənilir.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub