Yanvar ayının son gününə olan hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Mynews.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 31-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 8-11, Bakıda gecə 4-6, gündüz 9-11 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət 70-80 faiz olacaq.
Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti təşkil edəcək.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub