USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Sabah ilin ikinci Günəş tutulması hadisəsi baş verəcək

14:56 01.07.2019
Sabah ilin ikinci Günəş tutulması hadisəsi baş verəcək
14:56 01.07.2019
Bu ilin ikinci Günəş tutulması (tam tutulma) hadisəsi iyulun 2-3-nə təsadüf edəcək.   AMEA Şamaxı Astrofizika Rəsədxanasından Mynews.az-a verilən məlumata görə, bu təbiət hadisəsi iyulun 2-də yerli vaxtla saat 20:55-də başlayacaq və 3 iyul 01:50-də başa çatacaq.   Günəş tutulması Sakit Okeanın cənub hissəsi, Cənubi Amerika, Çili, Argentina və Sakit okeanın cənubundan aydın görünəcək.   Növbəti tutulma dekabrın 26-na təsadüf edəcək.

Xəbər lenti