"Bu gün müşahidə olunan güclü küləklə bağlı avqustun 2-də bütün müvafiq qurumlara Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti tərəfindən xəbərdarlıq edilib”.
Bunu Mynews.az-a ETSN-in Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.
O bildirib ki, bu gündən başlayaraq avqustun 8-dək ölkə ərazisində, xüsusən də Bakı və Abşeron yarımadasında güclü şimal küləyi əsəcək, küləyin maksimal sürəti bu günə təsadüf edəcək: "Avqustun 5-də Bakı və Abşeron yarımadasında şimal-qərb küləyinin sürətinin 23-28, yarımadanın bəzi ərazilərində isə 30-35 m/san-dək şiddətlənəcəyi proqnozlaşdırılırdı. Bu gün saat 11:00 olan məlumata görə, hazırda küləyin maksimal sürəti Bakıda və Abşeronda 26-28 m/san təşkil edir, açıq dənizdə dalğanın hündürlüyü 2,5 metrdir. Lakin gün ərzində külək daha da güclənəcək və açıq dənizdə dalğanın hündürlüyü 6-8 metr arası olacaq. Ayın 6-7-də küləyin maksimal sürəti aşağı enəcək”.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub