Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Azərbaycanda müşahidə olunacaq hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Anews.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 4-dən 5-i axşamadək cənub-qərb küləyinin güclü şimal-qərb küləyi ilə əvəz olunacağı, temperaturun 3-5 dərəcə aşağı enəcəyi gözlənilir.
Respublikanın rayonlarında isə dekabrın 4-ü axşamdan 6-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq.
Havanın temperaturu dekabrın 5-də 3-5 dərəcə aşağı enəcək.
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub