Bayram günlərində Azərbaycanda hava şəraiti kəskin dəyişib.
Mynews.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, bu gün ölkə ərazisində buludlu hava şəraiti üstünlük təşkil edəcək, gün ərzində yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.
Havanın temperaturu Abşeronda gecə 3-5, gündüz 8-10 dərəcə isti, Bakıda gecə 3-5, gündüz 8-10 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında isə arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman müşahidə olunacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-6, gündüz 9-13 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti olacağı gözlənilir.
Nazirlik qeyd edir ki, martın 25-dək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub