Ölkə ərazisində hava şəraiti kəskin dəyişəcək. Paytaxt və rayonlara qar yağacaq.
Mynews.az-ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, sabah ölkə ərazisində mülayim və sabit hava şəraiti müşahidə olunacaq.
Rusiya ərazisindən cənuba doğru soyuq hava kütlələlərinin daxil olması ilə yanvarın 13-dən etibarən havanın temperaturu kəskin enəcək.
Milli Hidrometerologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev "Xəzər Xəbər"ə deyib ki, həmin gün axşama doğru prosesin ölkə ərazisini əhatə edəcəyi, Aran rayonlarında yağıntının əsasən yağışla başlayacağı, bəzi yerlərdə sulu qara keçəcəyi proqnozlaşdırılır. O, Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraitini də açıqlayıb.
Havanın soyuması və güclü küləklə yanaşı yanvarın 16-dək atmosfer təzyiqinin təzadlı qalxıb-enməsi gözlənilir. Bu səbəbdən xüsusən ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlara səhhətlərinə qarşı daha diqqətli olmaları tövsiyə olunur.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub