Bakıda və Abşeron yarımadasında mayın 6-dan 8-i səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi, 6-da yarımadanın bəzi yerlərində arabir 30-33 m/s-dək güclənəcəyi gözlənilir.
Mynews.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin hava şəraitinin qeyri-sabit keçməsi haqqında yaydığı xəbərdarlıqda bildirilib.
Azərbaycanın rayonlarında may ayının birinci ongünlüyünün sonunadək ölkə ərazisində yağıntılı hava şəraitinin davam edəcəyi, şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Qərb küləyi 15-20 m/s, 06-07-də ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
1
Dövlət Vergi Xidmətinin Aparatının strukturu dəyişib
562 dəfə oxunub
2
Nazir “Napoli” - “Qarabağ” oyununu stadiondan izləyib
535 dəfə oxunub
3
Təhsil infrastrukturu yenilənməyə davam edir - FOTOLAR
511 dəfə oxunub
4
Polkovnik faciəli şəkildə öldü
507 dəfə oxunub
5
Şəhid hərbçinin övladı faciəli şəkildə öldü - TƏFƏRRÜAT
498 dəfə oxunub