Sentyabrın 14-dən 15-i gündüzədək şimaldan hərəkət edən soyuq atmosfer cəbhəsinin ərazimizə daxil olması nəticəsində bəzi yerlərdə qısamüddətli yağış yağacağı, əsasən dağlıq və dağətəyi rayonlarda isə yağışın leysan xarakterli, intensiv olacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var.
Qərb küləyi əsəcək, sürəti saniyədə arabir 15-20 metr olacaq, ayrı-ayrı yerlərdə arabir 25-30 metrədək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.
Mynews.az xəbər verir ki, bu barədə oxu.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında da sentyabrın 14-ü gündüzdən 15-i gündüzədək havanın dəyişkən buludlu olacağı, şimal-qərb küləyinin maksimal sürətinin arabir 23-28 metr/saniyəyə çatacağı gözlənilir. Sentyabrın 15-də havanın maksimal temperaturu 22-25° isti olacaq.
Həftə sonlarında yenidən hava şəraitinin sabitləşəcəyi, yağmursuz olacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub